Novruz tətili günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb

Novruz tətili günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb
Yayınlanma tarixi: 27.03.2023 10:00:06

Novruz tətili günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb.

Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.

İslamazeri.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, martın 20-dən 25-dək avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.

"Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 3-ü piyadavurma, 2-si maneəvurma və 2-i aşmadır. Ötən il Novruz tətili günlərində 14 nəfər yol qəzasında ölmüşdü, bu il isə 7 nəfər vəfat edib. Bu da 50 faiz azalma deməkdir", - DYP rəsmisi vurğulayıb.

GÜNÜN MANŞETLERİ