EURO 1,9874 NEFT 72,68
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:01.01.2018 12:00:14

Yanvarın 1-dən növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dekabrın 1-də Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

 Sərəncama əsasən, 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983-1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.


Növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bahalaşan və ucuzlaşan məhsulların - SİYAHISI
    Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 faiz aşağı düşməsinə səbəb olub.
     16.07.2018
    Ayətullah Xamenei: “Əsrin müqaviləsi” heç vaxt reallaşmayacaq
    İslam düşmənlərinin müsəlmanlarla mübarizədə başda Fələstin məsələsi və Yəmən müharibəsi olmaqla bu cür məsələləri diqqətdə saxladıqlarını xatırladan Ali Lider çıxışını belə davam etdirib
     16.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ