1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.01.2021 10:49:47

Türkiyə Prezidenti NATO-nu tənqid atəşinə tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun terrorizmlə mübarizədə ölkəsinə kifayət qədər yardım etməməkdə ittiham edib.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir.

"Avropa İttifaqı və NATO-nun təhlükəsizliyi bizim şərq sərhədlərindən başlayır. Biz NATO çərçivəsində terrorizmlə mübarizədə əməkdaşlıqdan heç vaxt imtina etməmişik. Niyə NATO ölkələri bizi terrorizmlə mübarizədə tək qoydu? Türkiyədən başqa kim "İslam Dövləti" ilə mübarizə aparır?", - deyə Ərdoğan qeyd edib.

O, həmçinin Birləşmiş Ştatları kürd özünümüdafiə dəstələrinə yardım etməkdə ittiham edib.

"Silahla dolu minlərlə yük maşını, nəqliyyat vasitələri terror qruplaşmalarına yönləndirilib. Onlar isə bundan istifadə edərək bizə qarşı müharibəyə başladı. NATO üzvü olaraq biz onlarla mübarizə aparırıq və aparacağıq", - deyə Türkiyə lideri qeyd edib.


Niyə NATO ölkələri bizi terrorizmlə mübarizədə tək qoydu?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ