EURO 1,9338 TRY 0,2945
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:04.04.2019 11:34:34

Bu mənim düzgün bir şey kimi görsənmirdi, axı soldan sağa yazmaq çox narahatdır!

Bu mənim düzgün bir şey kimi görsənmirdi, axı soldan sağa yazmaq çox narahatdır!

 Hər şeydən öncə, yazı yazan zaman yazan şəxsin əli bir başa qələmin ardı ilə gedir və mütləq ki, ovucunun kənarı ilə mürəkkəbi yaymış olur.

 Mənim ərəbcə yazmaq cəhdim də elə bu cür nəticələndi.

 Uzun zaman mən öz “axı nəyə görə ərəb və yəhudilər məhz bu cür yazırlar” sualıma istədiyim cavabı ala bilmədim. Bəzən fikirləşirdim ki, “Bəlkə onlarda bu cür qəbul edilib”.

 Zaman keçdi və mən böyüdüm, lakin məlum sual yenə də mənə rahatçılıq vermirdi. Əgər bütöv xalqlar özlərinə bu cür yazı yazma üsulu seçiblərsə, demək ki, onların belə qərar qəbul etməsinin tutarlı səbəbləri vardır. Və nəhayət sonda mən öz sualıma lazımi cavabı tapa bildim.

 Hər şey çox sadə və məntiqə uyğundur. Sami dilləri - ərəb və yəhudi dilləri çox qədim zamanlarda yaranıblar, kağız ixtira olunmamışdan min illər qabaq. Bəs o zaman insanlar bir-birlərinə necə məlumat ötürürdülər? Düzdür – məlumatı daşın üzərində oyardılar. İlk öncə işarələr düşünülüb,daha sonra onlardan söz və cümlələr. Onları daş üzərinə çəkic və “zubilo”-ya (dəmir və daş yonmaq üçün qələm) bənzər alətlər vasitəsi ilə daşa üzərinə həkk edirdilər.

  İndi isə əlində xüsusi alətlə daş üzərinə yazı həkk edən ustanı təsəvvür edin. O hansı əlində “zubilo”-nu tutar? Çox ehtimal ki, sol əlində. Sağ əli ilə isə çəkicdən istifadə edəcək. Və hərflərdən ibarət sətr də sağdan sola salınacaq, axı məhz çəkici sağ əldə tutaraq yazmaq ən rahat üsuldur!

 İndi isə yəhudi əlifbasındaki hərflərə nəzər salın. Onlar hamısı düz xətlər (geometrik) və paza oxşardır. Onların əvvəllər daşın sərt səthi üzərində səliqəli oyuq-işarələr şəklində olmasını təsəvvür etmək elə də çətin deyildir.

 Kağızın meydana gəldiyi vaxt, artıq ərəb və yəhudilərin yazısı formalaşmışdı, və onlarda onu əsaslı dəyişməsə ehtiyyac duymadılar. Ona görə də bu günə kimi bu xalqlar öz qeyri-adi yazı üsulu ilə heyrətləndirməyə davam edirlər.

 

İslamazeri.com "islamreview"a istinadla...


Niyə ərəblər sağdan sola yazır?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə avtobus qatara çırpıldı
    Hadisə yerinə təcil tibbi yardım heyəti cəlb edilib.
     24.06.2019
    Jurnalist qadından şok iddia: Tramp məni zorlayıb...
    Tramp məsələyə reaksiya verib.
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ