1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.01.2020 11:23:48

Şeyx Zəkzakinin səhhətinin ağırlaşmasına baxmayaraq onun həbsdə saxlanılmasına etiraz olaraq Nigeriyada aksiya keçirilib.

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, Nigeriya İslami Hərəkatının həbsdəki lideri Şeyx Zəkzakinin səhhətinin ağırlaşmasına baxmayaraq onun həbsdə saxlanılmasına etiraz olaraq Nigeriyada aksiya keçirilib.

Nigeriya İslami Hərəkatının baş katibi Şeyx Zəkzakinin ofisi tvitter vasitəsilə açıqlama yayaraq “Əllamə Zəkzakini dəstəkləyənlər, Şeyxin səhhətinin ağırlaşmasına baxmayaraq, onun hələ də qanunsuz olaraq həbsdə saxlanılmasına etiraz olaraq Abucada aksiya keçiriblər.”, -deyə qeyd edib.

Zariada 2015-ci ildə baş verən faciədən bu günə kimi Şeyx Zəkzakini dəstəkləyənlər, müxtəlif zamanlarda sivil aksiya və yürüşlər keçirərək, Şeyx və həyat yoldaşının azad edilməsini tələb edirlər.

Qeyd edək ki, Nigeriya Ordusu 2015-cu ildə “Sahib Zama” məscidində İmam Hüseynin əza mərasiminə və mərasimdə iştirak edən 2000-ə yaxın insanın qanını axıtmış, Şeyx Zəkzaki və həyat yoldaşını naməlum istiqamətə apararaq sonradan həbs etmişdilər. Hücum zamanı Şeyx Zəkzaki bir gözündən yaralanaraq görmə qabiliyyətini itirmiş, digər gözü də get-gedə zəifləyərək kor olma təhlükəsilə üz-üzədir.


Nigeriyada Şeyx Zəkzakiyə azadlıq tələbilə aksiya

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vandallar Qüdsdə məscidi yandırıblar - FOTO
    Radikal yəhudilərin məscid və evlərə ilk hücumu deyil
     25.01.2020
    Pentaqonun etirafı; İran hücumunda yaralıların sayı 34 olub
    Jonathan Hoffman yaralı hərbçilərin müalicə almalarının davam etdiyini deyib
     25.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ