1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:22.01.2021 12:38:13

Niderlandda rəqəmsal dərs vəsaitlərinin istehsalı ilə məşğul olan “Logo 3000” şirkətinin ibtidai sinif şagirdləri üçün hazırladığı islamofob tərkibli rəsmlər müsəlmanların etirazlarına səbəb olub.

İslamazeri.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, sözügedən vəsaitdə şagirdlərə 4 rəsm təklif olunur və onlardan birinin digər 3-ü ilə ziddiyyət təşkil etdiyi üçün zibil qutusuna atmaq tapşırılır. Bu ziddiyyətlər sırasında isə ərəb dilində “Allah” yazısı və məscidlərin fotoları yer alıb.

Pandemiya dövründə dərslərin əsasən onlayn keçirildiyi nəzərə alınsa, o zaman sözügedən vəsaitdən 3-5-ci sinif şagirdlərinin intensiv şəkildə yararlandıqlarını söyləmək mümkündür.

Müsəlmanların ciddi etirazlarında sonra “Logo 3000” şirkəti baş verən narazılıqlara görə üzr istəmək məcburiyyətində qalıb. Bildirilib ki, “sistem xətası” artıq aradan qaldırılıb.


Niderlandda islamofobiya ibtidai məktəblərə gəldi: Məscid, Allah sözləri...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtkin düşən daha bir zabitin şəhid xəbəri gəldi
    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
     27.02.2021
    Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür
    Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ