EURO 2,0069 NEFT 78,51
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:5.02.2018 17:12:14

Niderland krallığı Türkiyədəki səfirini rəsmi şəkildə geri çağırdığını elan edib.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirlib ki, Türkiyənin Niderlanda təyin edəcəyi səfirin etimadnaməsi də qəbul edilməyəcək. XİN-in məlumatına görə, bununla bağlı rəsmi Ankara ilə aparılan ikitərəfli müzakirələr dayandırılıb.

Qeyd edək ki, 2017-ci il iyulun 7-də Türkiyə baş nazirinin müavini Toğrul Türkeşi Niderland hökuməti “arzuolunmaz şəxs” (“persona non-qrata”) elan edib. Həmin il martın 11-də isə Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verməmişdi. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna da buraxmayıb.

Bu hadisələrdən sonra Türkiyənin Xarici İşlər Nazirliyi Niderlandın Ankaradakı səfirini “arzuolunmaz şəxs” elan edib. Türkiyə krallıqdakı səfirini isə etiraz olaraq, geri çağırmışdı. 

Xatırladaq ki, iki ölkə arasında 406 ildir diplomatik münasibətlər mövcuddur.


Niderland Türkiyə ilə əlaqələrini kəsdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabad rayonunda poçtdan 5 min manatlıq oğurluq olub
    Cəlilabad rayonunun Göytəpə şəhərində oğurluq hadisəsi baş verib.
     19.05.2018
    Gürcüstanın İslami Camiəsində tanınan təşkilatlar arasında məhkəmə çəkişməsi - ƏTRAFLI
    Gürcüstan müsəlmanları, xüsusilə şiələri arasında sosial şəbəkələrdə ciddi ittihamlar, ittihamlar arasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidovun da adı hallanır
     19.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ