1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:29.09.2018 16:28:21

İsrail Baş Naziri Benyamin Netanyahu iki gün öncə BMT-in Baş Assambleyasında İranda bir sıra gizli nüvə fəaliyyəti ilə bağlı obyektlər ifşa etdiyini iddia etmiş və onların fotolarını BMT toplantısında nümayiş etdirmişdi.

 İsrail Baş Naziri Benyamin Netanyahu iki gün öncə BMT-in Baş Assambleyasında İranda bir sıra gizli nüvə fəaliyyəti ilə bağlı obyektlər ifşa etdiyini iddia etmiş və onların fotolarını BMT toplantısında nümayiş etdirmişdi.

SalamNews  xəbər verir ki, İsrail baş naziri BMT-də çıxışı zamanı Tehran ətrafında olan Turquzabad kəndi əraziində bir “nüvə anbarının” fotolarını yayımlamışdı.

Az keçmədən yerli iranlı sakinlər həmin obyektin qarşısından selfi edərək, görüntülər yayımlamağa başladılar.

İSNA Agentliyinin müxbiri obyektə baş çəkərək oranın əslində bir xalçayuma sexi olduğunu fotolarla isbatlayıb.

Mənbə bildirib ki, Netanyahu çıxışında obyektin Mahir küçəsində olduğunu bildirib, halbuki küçənın adı Mehr küçəsidir. Məlumata görə bu obyekt, "Aqayi Rzayi və şərikləri" adlı özəl bir xalçayuma sexidir.

Bəzi ekspertlər bildirir ki Benyamin Netanyahuya belə gülünc məlumatların ötürülməsi İsraildaxili rəqabətdən və ya ABŞ daxilində anti Netanyahu mövqelərdən irəli gəlir. Bəzi mənbələr isə belə əsassız məlumatların elə iranlıların özləri tərəfindən İsrail tərəfə sızdırılmış məlumatlardan ibarət olduğunu deyirlər.

Məsələyə münasibət bildirən İranın XİN rəhbərinin müavini Abbas Əraqçi də gülərək, Netenayahunun kimlərinsə tərəfindən məsxərəyə qoyulduğunu deyib. O bildirib ki, bu kimi saxta və gülünc sənədləri ona verməklə onu kimlərsə istehzaya qoyurlar.


Netanyahunun İranda "ifşa etdiyi nüvə anbarı" görün nə imiş? - VİDEO, FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Ev pulu” necə hesablanır? - VƏTƏNDAŞLAR BUNU BİLMƏLİDİR
    Paytaxtda “kupçasız ev” probleminin yenidən gündəmə gəlməsi bir sıra məsələlərin aktuallıq qazanmasına səbəb olub.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ