Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.01.2021 17:35:51

Donald Trampın ABŞ prezidenti vəzifəsindəki son günləri qalmaqallarla müşayiət olur və bəzi dünya liderləri öz siyasi karyeralarına zərər vurmamaq üçün onunla münasibətlərinə yenidən baxmağı zəruri hesab edirlər.

İslamazeri.com RİA “Novosti”yə istinadla xəbər verir ki, belə liderlərdən biri də İsrailin Baş naziri Binyamin Netanyahudur.

Məsələ burasındadır ki, İsrailin Baş naziri uzun müddətdir şəxsi “Twitter” səhifəsinin üz qabığını bəzəyən Trampla birgə fotosunu silib. Sözügedən foto Netanyahunun Ağ Evə səfəri zamanı çəkilmişdi.

Artıq Netanyahunun “Twitter” səhifəsinin üz qabığında ona peyvənd vurulduğu zaman çəkilən öz fotosu yerləşdirilib. Paylaşım “İsrail vətəndaşları, həyata qayıdırıq” sözləri ilə müşayiət olunub.

Xatırladaq ki, bir neçə gün öncə “Twitter” rəhbərliyi Donald Trampın bu sosial şəbəkəsindəki səhifəsini ləğv etmişdi.


Netanyahu Trampla şəklini twitterdən sildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xavi
    Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandes İspaniya "Barselona"sının sükanı arxasına keçəcək.
     28.10.2021
    Hakerlər İsrailin gizli məlumatlarını internetə yaydı
    Kiber hücuma məruz qalan İsrail rejiminin yüzlərlə hərbçisinin fərdi məlumatları sosial mediaya sızdırılıb.
     28.10.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ