1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:17.01.2020 00:30:10

"Biz bu hadisəni Elinanın anasında da gördük, indi də Nərminin anası?"

“Bu nədir biz niyə ölülərdən, fəlakətlərdən ticarət məqsədi ilə istifadə etməyə başlamışıq, biz yaralarımızı satmağamı başladıq. Biz bu hadisəni Elinanın anasında da gördük, indi də Nərminin anası?”.

Bu fikirləri Bizimyol.info-ya açıqlamasında "Azərbaycan Uşaqları İctimai Birliyi"nin sədri Kəmalə Ağazadə deyib.

Bizim insanlarımızda qəribə xoşagəlməz tendensiya yaranıb. Birinin başına bir qəza gələndə qarı tərəfdən pul tələb edir. Qəza törədən tərəfin müalicəyə, ölüm baş veribsə yas mərasiminə kömək etməsini anlamaq olar. Lakin, ölənin əvəzində ev, pul maşın tələb etmək nə deməkdir? Biz nə zamandan ölümüzdən yaralımızdan pul çıxarmağı öyrəndik, onları satmağı öyrəndik. Mənə belə gəlir ki o qadının o kənddən çıxıb getmək istəməsinin altında başqa səbəb var. Məncə bu fürsətçilik deyil.Bu xəmir hələ çox su aparacaq. Dövlət başçısı nəzarət altına alıb, yəqin bu məsələ elə belə bitməyəcək, dərindən araşdırılacaq. Səbr edib görəcəyik.

 

Kəmalə Ağazadə 
Kəmalə Ağazadə

 

“Balası öldürülən ananın qorxusu nədir? Ordakılar qorxsun, bu hadisəni bilib,təxmin edənlər,bilib susanlar,ört-basdır edənlər qorxsun,çəkinsin.Sənin qorxu dediyin nədir, ay ana? Bəlkə nələrisə bilib ört- basdır edənlərin,sənin üzünə vuracaqları nəsə var? Nədir qorxun?

İnsanın ailəsi,həyatı təhlükədə olanda ev istəmir... müdafiə, mühafizə istəyir... Bəlkə doğrulardan qaçırsan? Bəlkə Nərminin ruhunun o kənddə,o evdə səni qarabaqara gəzib,"ay ana... niyə belə oldu?" sualına cavab verməmək üçün köçürsən?

 

Nərminin anası - Tovuz 
Nərmin Quliyevanın anası Aynurə İsmayılova

 

Amma Nərmin cismən o kənddə qalsa da,ruhən səni hər yerdə izləyəcək,arayacaq”,- deyə o qeyd edib.

“Bizlmirəm bəlkə də bu qadını jurnalistlər çaşdırıblar və ya kimsə öyrədib. Amma hər bir halda qorxan adam mühafizə tələb edir, ev yox. Mən bu xəbəri eşidəndən hisslərimi cilovlaya bilmirəm. Bu gedişat məslənin içərisində qaranlıq məqamların olduğunu düşünməyə əsas verir”- deyə Kəmalə Ağazadə vurğulayıb.


“Nərminin anası nəsə bilir, kimdənsə qaçır”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • YPX 2019-da 119 milyon cərimə yazıb
    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
     17.02.2020
    Yunis Səfərovun işi üzrə proses qeyri-müəyyən vaxta təxirə salınıb
    Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
     17.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ