1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:14.05.2020 23:50:45

14 May tarixi fələstinlilər üçün 1948-ci ildən etibarən “Nəqbə” - fəlakət günüdür.

Fələstin ərazilərində Britaniya mandasının başa çatmasına bir gün qalmış, 14 May 1948-ci il tarixdə İsrail rejimi Fələstin əraziləri hesabına bu torpaqlarda varlığını bəyan etdi. Həmin gündən bu tarix “Nəqbə Günü”, fəlakət günü kimi qeyd olunmaqdadır. Həmin gündən etibarən Fələstin xaqlı zorla öz evlərindən çıxarılaraq öz torpaqlarından sürgün edilir.

O gündən fələstinlilər və müsəlman aləmi bu günü tarixin ən acı günü kimi xatırlamaqda, xatırlatmaqdadır. İsrail həmin günlərdə öz mövcudiyyətini elan edərkən Yafa, Hayfa, Akka kimi onlarla Fələstin şəhələrindən yüzminlərlə fələstinlini öz torpaqlarından zorla çıxartdı. Həmin fələstinlilərdən bir çoxu Qərbi Şəriyyə, Qəzza, Livan, Suriya və İordaniyaya köçürülərək qaçqın durumuna salındılar.

Nəqbənin rəmzi

Həmin tarixdə 800 mindən çox fələstinli evlərindən zorla çıxarıldıqda özləri ilə bu günün rəmzini də daşımağa başladılar. Bu, bir gün öz evlərinə, öz torpaqlarına qayıdacaqları ümidilə özlərilə gəzdirdikləri evlərinin açarları idi. O açarları hələ də saxlayır və bir gün mütləq öz evlərinə qayıdacaqları inamı ilə müqavimət göstərməkdədirlər.

O gündən bu günə fələstinlilər

Hazırda 6 milyondan artıq fələstinli didərgin vəziyyətindədir. Torpaqlarından didərgin salınmış bu fələstinlilərin böyük əksəriyyəti hal-hazırda İordaniya, Livan və Suriyada yaşamaqdadır. Təqribən bir o qədər də fələstinli Fələstinin geri qalan torpaqlarında yaşamağa davam edir. Bu fələstinlilər İsrail qununları ilə öz ərazilərində belə immiqrant hesab olunur. Qəzzada 1 milyon 200 mindən çox fələstinli didərgin var. Qəzzada 8, Qərbi Şəriyyədə isə 19 didərgin düşərgəsi var. Təqribən 1.5 milyon fələstinli hazırda İsrail işğalı altındakı ərazilərdə yaşamağa davam edirlər.

 

Öz vətənlərində  bölünən fələstinlilər

1948-ci il hadisələrindən sonra 1967-ci ildə Qüdsün işğal edilməsilə evlərindən didərgin salınan fələstinlilərin beynəlxalq hüquqa görə geri qayıtmaq hüquqları vardır, lakin İsrail rejimi hər imkanda bunun qarşısını alır. 72 ildir davam edən bu işğalla hər keçən gün fələstinlilərin vəziyyətini daha da ağırlaşdırılır. Fələstinin qalan ərazilərində yaşamağa davam edən 6 milyon fələstinli bir-birindən tam ayrı, torpaq sərhədləri olmayan 4 şəhərdə yaşamaqdadırlar. Qərbi Şəriyyədəki fələstinlilərin bir hissəsi qaçqın statusundadır, bir hissəsi isə İordaniya pasportu gəzdirməkdədir. Qəzzadakı 2 milyon fələstinli tamamilə blokada şəriaitində yaşayır. Dünyanın ən böyük açıq tipli həbsxanası kimi tanınan Qəzza  illərdir bu vəziyyətdə Fələstin varlığını davam etdirməkdədir.

Fələstinin paytaxtı Qüds şəhəri tamamilə işğal rejiminin əsarətindədir. Qüds ilə Qərbi Şəriyyə arasında tikilən xəcalət divarı iki tərəfdəki fələstinliləri bir-birindən ayırır.

 

Ümumdünya Qüds Günü

Yaxın tariximizin bu acı və kədərli səhiflərini unutmamaq və qapatmamaq üçün İslam İnqilabı ilk günlərindən qəti addım atdı. Hələ inqilabın qeyd etdiyi ilk müqəddəs Ramazandan etibarən İmam Xomeyni (r) müqəddəs ayın son cümə gününü Qüds Günü kimi qeyd olunmasını təyin etdi. O gündən də Qüds Günü Fələstin xalqının dərdlərində yeni açar rolunu oynamağa  başladı. O günlə Fələstin məsələsi İslam aləminin mərkəzi planda tutduğu mövzu olaraq qalmaqdadır. 

Mehdi Fərəc

Araşdırmaçı-yazar   

giperssilka.ru


Nəqbənin göz yaşları - Araşdırma

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020
    Məğlubiyyət daha bir yüksək rütbəli məmuru yıxdı: Ermənistanın müdafiə naziri də istefa verdi
    Bu barədə “Aravot” qəzeti öz mənbələrinə istinadən məlumat verib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ