Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:28.10.2021 11:16:10

ABŞ-da xammal ehtiyatları ilə bağlı xəbərlər fonunda neft kəskin surətdə ucuzlaşır.

İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08.33-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 2,03% ucuzlaşaraq, 1 bareli 82,17 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 1,81% düşərək, 1 bareli 81,14 ABŞ dolları təşkil edib.

ABŞ Energetika Nazirliyinin oktyabrın 22-dək olan həftə ərzində ölkədə neftin kommersiya ehtiyatlarının 4,3 milyon barel və ya 1% artaraq, 430,8 milyon barelə çatması ilə bağlı xəbərləri fonunda neft bazarında mənfi dinamika davam etməkdədir. Belə ki, analitiklər cəmi 1,9 milyon barel, Amerika Neft İnstitutu (API) isə 2,3 milyon barel artım gözləyirdilər.

Bundan başqa, treyderlər İranın Avropa İttifaqı ilə nüvə danışıqlarının bərpası perspektivlərini diqqət mərkəzində saxlayırlar.


Neftin kəskin ucuzlaşması davam edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ