1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:04.06.2020 11:16:41

"Nəfəs ala bilmirik” şüarı zülm altında olan bütün xalqların ürəyinin sözü idi. "

 İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei İmam Xomeyninin vəfat günü çıxışında ABŞ-da baş verən hadisələrə münasibət bildirərkən bu sözləri deyib.

Ayətullah Xamenei sözlərinə görə, ABŞ-da bu gün baş verən hadisələr ABŞ-ın gizli qalmış gerçəklərinin üzə çıxmasıdır: “Polisin qaradərili bir adamın boynunadan dizi ilə basması, həmimn adam ölənə qədər onu sıxması, başqa polislərin bu mənzərəni izləməsi yeni bir məsələ deyil. Bu, ABŞ-ın əxlaqı və təbiətidir. Daha öncə də Əfqanıstan, İraq, Suriya, ondan əvvəl Veytnam kimi bir çox ölkələrə qarşı eyni şəkildə davranmışdılar”.

O, ABŞ əhalisinin bu gün səsləndirdikləri “Nəfəs ala bilmirik” şüarının zülm altında olan bütün xalqların ürəyinin sözü olduğunu deyib: “Əlbəttə, amerikalılar öz davranışları ilə dünyada rüsvay oldular. ABŞ dövlətinin başında oturanların korrupsioner idarəçiliyi nəticəsində korona ilə mübarizədə ortaya çıxan zəif idarəçilik xəstə və ölənlərin digər ölkələrlə müqayisədə bir neçə dəfə artıq olmasına səbəb olmuş, xalqla həyasıcasına davranmaları və törətdikləri cinayətlərə görə üzr istəməmələri, bütün bunlara baxmayaraq, insan hüquqlarından dəm vurmaları onların rüsvyaçılığından xəbər verir. Sanki o qaradərili kişi insan deyildi və hüququ da yox idi”.

Ayətullah Xamenei ABŞ əhalisinin mövcud hökumətləri, ümumiyyətlə, bütün hökumətlərinə görə xəcalət çəkdiklərini qeyd edərək  “Bu hadisəyə görə ölkənin daxili və xaricində işləri ABŞ və onun bəzəyini müdafiə etmək olan iranlılar da başlarını qaldıra bilmirlər”, - bildirib.


“Nəfəs ala bilmirik” şüarı məzlumların şüarı idi - Ayətullah Xamenei

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Süleymanini öldürməklə təkfirçilərə ən yaxşı hədiyyəni etdi
    Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
     04.07.2020
    “Avropa Gürcüstanı” lideri: Aclıq başlamadan Türkiyə ilə sərhədi açın
    "Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava Türkiyə ilə sərhədlərin açılmasına və insanlara işləmək imkanının verilməsinə dair çağırış edib.
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ