EURO 1,957 NEFT 79,9
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:28.02.2018 09:11:40

"Milli Görüş" lideri Nəcməddin Ərbakanın vəfatının 7-ci ildönümüdür

İslamazeri.com xəbər verir ki, "Milli Görüş" lideri Nəcməddin Ərbakanın vəfatından 7 il keçir. Xüsusilə Türkiyədə Ərbakan davamçıları, onu sevənlər, hörmət edənlər vəfat günü münasibətilə təşkil edilən mərasimlərə qatılaraq, dua və xoş sözlərlə Türkiyə tarixinin dahi şəxsiyyətini yad edirlər.

Ölkə telekanalları, internet mediası və yazılı mediada Ərbakan haqqında məqalə və yazılar dərc edilir, ölkəsinə bağlı bu şəxsin Türkiyə Mədəniyyətinə, İslami Camiəyə qazandırdığı xeyirli işlərdən, millətə bəhx etdiyi şeylərdən bəhs ediblər.

İslamazeri.com olaraq, dahi mütəfəkkir Ərbəkan Hocanı biz də, hörmətlə yad edir, Allahdan rəhmət və məğfirət diləyirik.

Nəcməddin Ərbakan kimdir?

29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində adanalı Kozanoğullarından olan Məhmət Səid Ərbakanın ailəsində dünyaya gəlmişdir. Nəciməddin Ərbakan ibtidai təhsilinə Kayseri dövlət ibtidai məktəbində başladı. 1937-ci ildə bu məktəbi ən əlaçı şagird kimi bitirdi.

Həmin ildə İstanbul Oğlanlar Litseyində orta təhsilini davam etdirdi. Məktəbdə çalışqan olduğuna görə, şagird dostları tərəfindən “Dərya Nəciməddin” deyə çağrılırdı. Məktəbdə “Sıfırcı Avnı” kimi tanınan fizika müəlliminin ilk dəfə ən yüksək qiymət verdiyi şagird də məhz, Nəcməddin olmuşdur.
Ərbakan həmin litseyi ən əlaçı tələbə kimi bitirdi. O zamanlar orta məktəbi ən əlaçı şagird kimi bitirənlər ali məktəblərə imtahansız qəbul olunurdu. Lakin Nəciməddin Ərbakan imtahansız qəbul olunmağı rədd edərək imtahana girmiş və yüksək nəticə göstədiyinə görə İstanbul Texniki universitetinin ikinci kursuna qəbul edlimişdir. İbtidai təhsilinə altı yaşından, universitetə də ikinci kursdan başlamaqla özündən iki yaş böyük olanlarla eyni sinifdə təhsil aldı. Bu yoldaşlarından biri də Süleyman Dəmirəl olmuşdur.

Tələbəlik illərində tələbələrin namaz qılması üçün universitetin binasında bir otaq ayrılmasını tələb etmiş, bundan ötrü çox çalışmış və nəhayət açılan namaz otağında həm namaz qılınmış, həm də dini söhbətlər aparılmışdır.

Ərbakan 1948-ci ilin yayında İTU Makina fakültəsini müvəffəqiyyətlə bitirmiş və elə həmin ildə - 1 iyunda Makina fakültəsinin “Motorlar” kursunda aspirant kimi işləməyə başladı. 1948-1951-ci illər arasındakı 3 illik aspirantlıq dövründə o vaxtlar doktorluq disertasiyasını əvəz edən bir dissertasiya hazırladı. Kurslarda dərs vermək dosent və professorların səlahiyyətində olmasına baxmayaraq aspirant olduğu halda dərs verməsinə izin verilmişdir. Dissertasiyasındakı müvəffəqiyyətinə görə universitet tərəfindən 1951-ci ildə Aaxen Texniki Universitetində elmi araşdırmalar aparmaq və bilik və təcrübəsini artırmaq üçün Almanıyaya göndərilən Ərbakan alman ordusu üçün araşdırma aparan DVL araşdırma mərkəzində çalışan Prof. Şmit ilə birlikdə müvəffəqiyyətli araşdırmalar apardı.

Aaxen Texniki Universitetində il yarım ərzində biri doktorluq dissertasiyası olmaqla 3 dissertasiya hazırlayan Ərbakan alman universitetlərində keçərli olan “DOKTOR-MÜHƏNDİS: Dr-İng” adını aldı.

Alman İqtisadiyyat Nazirliyinə motorların daha az yanacaq yandırması barədə araşdırma apararaq məruzə verən bu zamanda doktorluq dissertasiyasını hazırlayan Ərbakanın “Dizel motorlarında püskürdülən yanacağın necə alışdığını” riyazi olaraq izah edən bu dissertasiya alman elm çevrələrini şoka saldı. Dissertasiya jurnallarda çap edildikdə o zamanlar Almanıyanın ən böyük motor fabriki olan və dünyada motorun ilk istehsalçısı olan DEUTZ motor fabriklərinin baş direktoru Prof. Dr. Flatz tərəfindən Leopard tanklarının motorları ilə bağlı araşdırmalar aparmaq üçün bu zavoda dəvət edildi.
Almaniya İqtisadiyyat Nazirliyinin Rur ərazisindəki zavodlarda araşdırma aparan heyətə öz istəyi ilə qoşulmuş və 15 gün Rur ərazisindəki bütün ağır sənaye zavodlarını gəzib araşdırma aparmaq imkanı əldə etmişdir.

I Dünya müharibəsindən sonra Almaniya universitetlərində dissertasiya yazan ilk türk alimi olan Ərbakan 1953-ci ildə dosentlik imtahanı vermək üçün İstanbula döndü. İmtahanın nəticəsində Türkiyənin ən gənc dosenti olan Nəciməddin Ərbakan araşdırmalarına davam etmək üçün təkrar Almaniyanın DUETZ zavodlarına getdi. Bu zaman onun 27 yaşı var idi. Orada 6 ay qalaraq mühərrik araşdırmaları üzrə baş mühəndis olaraq alman ordusu üçün aparılan araşdırmalarda iştirak etdi.

1953-cü ildə noyabr ayında İstanbul Texniki Universitetinə qayıtdı. 1954-cü ilin may ayından 1955-ci ilin oktyabr ayına qədər əsgəri borcunu yerinə yetirdi. İstanbulda 6 aylıq ehtiyat zabit təlimindən sonra Halıcıoğlundakı istehkam bölüyündə 6 ay leytenant, 6 ay da baş leytenant rütbəsində qurğuların qulluğu və təmiri bölümündə qulluq etdi.

Bu zaman o, hər il Amerikadan alınan cihazların siyahısını hazırlayırdı. Hazırladığı bu siyahı Amerika yardım heyətinin diqqətini cəlb etmiş və bir amerikalı zabit bu siyahını hazırlayan əsgər Ərbakanla hərbi məktəbin kamandiri Şərəf Özdilək vasitəsi ilə görüşmüş və ondan belə soruşmuşdu: “Siz bu günə qədər hərbi maskalanma toru, bel sapı, və s. şeylər istədiyiniz halda bu il təchizat bölüyü üçün müxtəlif parçalar toxuyan dəzgah istəmisiniz. Siz necə cəsarət edib bu dəzgahları tələb edirsiniz?” Ərbakan da Amerika ordusunun quruluş təlimatnaməsini açaraq: “Bizim etdiyimizi edən Amerikadakı eyni qruplarda bu dəzgahlar var, bizdə nə üçün olmasın?!” deyə cavab verincə amerikalı zabit deməyə söz tapmamış və dəzgahları göndərmişdi. DAVAMI


Nəcməddin Ərbakanın vəfatının 7-ci ildönümüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT
    Bir vaxtlar az qala Bakının simvoluna çevrilən "London Taxi TX4” taksiləri indi əhəmiyyətsiz nəqliyyat növünə çevrilib.
     22.10.2018
    İran gəmisində ölən şəxslərin meyitləri təhvil verildi - Nazirlik
    Nazirlikdən bildirilib ki, ölən şəxslərin meyitləri isə aidiyyəti üzrə təhvil verilib.
     22.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ