Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:11.05.2022 15:38:51

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov həkim məsləhəti olmadan karset taxanlara müraciət edib.

“İnsanlarda onurğada olan fizioloji əyrilik ya anadangəlmə, ya da sonradan qazanılmış problem kimi özünü büruzə verir”.

İslamazeri.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov deyib.

Onun sözlərinə görə, qız uşaqlarında 8-12, oğlanlarda isə 11-13 yaş arasında daha aktiv böyümə getdiyi üçün əyilməyə meyllilik olur: “Ümumilikdə isə konkret yaş aralığı yoxdur. Uşaqlarda daha çox skolioz xəstəliyi üstünlük təşkil edir. Karset taxılması da müayinə nəticəsində məsləhət görülə bilər. Yəni həkim məsləhəti olmadan karset taxılması müalicə üsulu deyil”.

Cərrah xatırladıb ki, masaj yerli əzələlərin qan dövranın yaxşılaşması üçün edilir: "Çünki əzələlər qidalandığı üçün inkişaf yaxşı olur. Skaliozun əyriliyinə görə əzələlər var. Masajlar da növlərinə görə fərqlidir. Müayinə zamanı hansı masaj növünün edilməsi məsləhət görülür. Masajın təsiri var, amma xəstəlik sırf bununla müalicə edilmir. Bütün müalicə üsulları birgə edilməlidir. Üzgüçülükdə onurğa düzəlməz. Sadəcə peşəkar həkim müayinəsindən sonra xəstəlik növünə görə müalicə növü təyin edilə bilər”.


Nazirlik həkim məsləhəti olmadan karset taxanlara müraciət edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanın Baş naziri Estoniya parlamentinin sədri ilə görüşüb
    Bu gün Baş nazir Əli Əsədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.
     23.05.2022
    Xəzərdə üzən gəmilərə xəbərdarlıq edilib
    Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ