1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:16.01.2020 16:50:19

O, bildirib ki, başında problem yaranıb

Diplomu saxta olduğu üçün Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə işdən çıxarılan Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova xəstəxanaya yerləşdirilib.

Bu barədə unikal.org-a X.Əzizovanın özü məlumat verib. O, bildirib ki, başında problem yaranıb:

"Başımı hiss etmirəm. Ona görə də Gəncə Mərkəzi Xəstəxanasına yerləşdirildim. Həkimlərin müayinəsindən sonra məlum oldu ki, beyinimdə qan dövranı çatışmazlığı var. Burada müalicəm bir nəticə verməsə, başqa xəstəxanaya müraciət etməyi düşünürəm".

Keçmiş məktəb direktoru diplomunun saxta olması ilə bağlı məsələyə də münasibət bildirib:

"Bu məlumatı yayan hansı itdirsə, məndən əl çəkmir. Gördüm belə məlumatlar yayılır, qarşısını ala bilmirəm, əlacsız qalıb, ərizə yazıb, işdən çıxdım. Mən 11 ildir ki, direktor, 38 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olmuşam. Kirovabad Pedoqoji İnstitutunun ibtidai sinif müəllimliyi fakültəsini bitirmişəm".


Nazirin işdən çıxardığı şəhər məktəbinin direktoru xəstəxanaya yerləşdirildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020
    Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ