2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edəcək pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacaq.

“Hədəf və indiqatorlarımız bir illə məhdudlaşmır. Prezident İlham Əliyevlə müzakirə edilən strateji yol xəritəsi bütün istiqamətləri əhatə edir”.
“İslamazeri.com”un xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bunu müsahibəsində deyib. Nazir bildirib ki, həmin istiqamətlərin əksəriyyəti milli inkişaf prioritetləri sənədində öz əksini tapıb.
2022-ci ildə sosial xidmətlər, məşğulluq, əmək münasibətləri, sosial ödənişlər və digər bu qəbildən olan sahələr üzrə hədəflər müəyyənləşdirilərək, təkmilləşdirmələr aparılacaq. Bu günədək imzalanmış fərman və sərəncamlar həm əməkhaqqı, həm də sosial ödənişlər sahəsində 1 milyon 700 min vətəndaşımızı əhatə edir.
Sahil Babayev əlavə edib ki, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edəcək pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacaq. 2022-ci ildə minimum pensiyaların artımı ilə yanaşı, eyni zamanda pensiyaların indeksləşdirmə əsasında artırılması da nəzərdə tutulur.
Nazir: "Sosial ödənişlərdə artımlar olacaq"