EURO 1,9635 NEFT 79,71
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:05.10.2018 16:10:50

Deputatın fikrincə, müşavirlərin sayı deyil, nazirliklərin iş əmsalı qiymətləndirilməlidir, iqtisadçı isə bunu büdcəyə əlavə yük hesab edir

Son illərdə Azərbaycanda nazirliklərdə müşavir vəzifəsi belə demək mümkünsə, dəb düşüb. Əksər nazirliklərdə müşavir vəzifəsinə 5-6 təyinat olur. Hətta elə nazirliklər var ki, müşavirlərin sayı 10-dan yuxarıdır. Sabiq vergilər naziri Fazil Məmmədovun hətta 13 müşaviri vardı. Müşavirə ehtiyac duyanlar arasında yeni təyin olunan nazirlər xüsusilə fərqlənirlər. Demək olar ki, hər gün bu və ya digər nazirin özünə yeni müşavir təyin etməsinə dair məlumat oxuyuruq.

Qeyd edək ki, müşavir - məsləhətçi, məşvərətçi deməkdir. Müşavir xidmətindən istifadə dünyanın əksər ölkələrində mövcuddur. Əsasən dövlət rəhbərlərinin çoxsaylı müşavirləri olur. Azərbaycanda da xeyli müddət dövlət müşaviri vəzifəsi olub. Vəzifə ötən ilin oktyabrında ləğv olunub. Nazirlik səviyyəsində çoxsaylı müşavir vəzifəsinin olduğu ölkələr də var. Lakin həmin ölkələrdə müşavirlərin sayı 3-dən yuxarı olmur.

Bizim nazirlərimizin müşavir vəzifəsinə xüsusi rəğbəti nədən qaynaqlanır? Bu qədər müşavirlərin təyinatı məmur aparatının sayı baxımından necə dəyərləndirilməlidir?

Fikrət Yusifov ile ilgili görsel sonucu

Sabiq maliyyə naziri Fikrət Yusifovun “Yeni Müsavat”a dediyinə görə, müşavir vəzifəsi nazirliklərdə müstəqillik dövründə hər zaman olub: “Mən nazir vəzifəsində çalışanda da müşavirim vardı - bir nəfər. Bildiyim qədər digər nazirliklərdə də vardı. Lakin onların sayı bu qədər çox deyildi. Bilirsiniz, aidiyyəti sahələri kurasiya edən müavinlər var, hər bir sahə üzrə şöbələr, onların rəhbərləri varsa, bu qədər müşavir vəzifəsinə nə ehtiyac? Bununla yanaşı, hər bir rəhbərin öz idarəçilik üsulu var, idarəetməyə yanaşması var. Görünür, indi müşavirə daha çox ehtiyac var”.

Milli Məclisin üzvü Zahid Oruc bildirir ki, Azərbaycan hökumətində zaman-zaman müxtəlif strukturlar formalaşdırılıb:“Bunlardan yetərincə sınaqdan çıxan, uğur qazanan, cəmiyyət həyatında özünə yer tutanlar da olub, zamanla funksional təyinatı, yaxud təşkilati-idarəetmə forması dəyişdirilənlər (məsələn, publik hüquqi şəxsə çevrilənlər) də olub, tamamilə ləğv edilənlər də. Aprel seçkilərindən sonra cənab prezident tərəfindən hökumətdə köklü dəyişikliklər edildi. Bu, dövlət başçısı tərəfindən elan edilən mühüm strateji plan və proqramlara görə idi. Yəni hər hansı nazir keçmiş dönəmdə öz sahəsində müəyyən bir rol oynayıb, vacib qərarların yerinə yetirilməsində müsbət işlər görübsə belə, müasir dövrün çağırışları fərqlidir. Bu baxımdan, hökumətdə qeyd etdiyimiz dəyişikliklərin ictimai, milli, siyasi idarəetmə zərurəti inkar edilməzdir. Yeni gələn şəxslərin bir qismi sovet dönəmində formalaşıb, bir qismi Qərb ölkələrində təhsil alıb, idarəçiliyə baxışları fərqlidir. Komanda quruculuğu prosesinə də onlar ayrı anlayışlarla yanaşırlar. Açığını desəm, biz buna hörmətlə yanaşmalıyıq.

Zahid Oruc ile ilgili görsel sonucu

Əgər müşavirlik institutu cəmiyyətlə intensiv, mütəhərrik əlaqələrin qurulmasına kömək edəcəksə, hər hansı sahədə daha dərin araşdırmalara, təhlillərə yardımçı olacaqsa, verilən qərarların icrasına nəzarət imkanlarını artıracaqsa, sadə vətəndaş üçün bunun hansı struktur modeldən irəli gəlməsinin heç bir önəmi yoxdur. Əlbəttə, hər bir strukturun dəqiq kadr sayı ilə bağlı məhdudiyyətlər mövcuddur. Ölkə rəhbərinin də 2015-ci ildən intensivləşən addımlarının hədəfi ondan ibarətdir ki, optimal hökumət formalaşsın, məmur sayının kütləvi olaraq artırılması tendensiyası bu və ya digər formada problemlər yaratmasın. Çünki bu, büdcə yükü deməkdir, hansısa sahələrdə bürokratizm yaradır və sair. Amma biz nəzərə almalıyıq ki, istər müşavirlik olsun, istər vətəndaş cəmiyyəti ilə əməkdaşlıq, mediaya çıxışlar olsun - bu sahələrdə biz bir intensivləşmə müşahidə edirik. Daha canlı və dinamik işlərin şahidiyik, millət vəkili olaraq göndərdiyimiz sorğulara daha operativ cavablar alırıq. Bu üzdən, müşavirlərin sayının deyil, daha çox nazirliklərin iş əmsalının qiymətləndirilməsinin tərəfdarıyam”.

Ä°lgili resim

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə isə dövlət idarəetmə aparatında məmur sayının artırılması heç də müsbət hal deyil: “Müşavir nə deməkdir - məsləhətçi. Bir nazirlikdə 2-3 müşavirin olması normaldır - müəyyən sahələr üzrə əlavə nəzarətə, araşdırmalara ehtiyac yarana bilər. Strateji viziyonu olan şəxslərin müşavir təyin olunması normaldır. Lakin bu qədər çox sayda müşavirin olması belə bir görüntü yaradır ki, sanki qohum-dostlar üçün iş yeri açılır. Çünki normalda hər nazirin bir neçə müavini olur - sahələr üzrə əlaqələndirməni həyata keçirir, praktiki işlərlə məşğul olur. Eyni zamanda müvafiq şöbələr də olur. Bu halda 5-10 arası müşavirin təyinatının anlamı nədir  başa düşülmür. Bu, məmurların sayının artması, büdcəyə əlavə yükün düşməsi baxımından da normal praktika sayıla bilməz”.


Nazir müşavirlərinin sayının artmasına REAKSİYALAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Trampdan etiraf: Ordumuz Çin və Rusiyadan geri qalır
    "Birinci onlar başladılar."
     15.10.2018
    Kim Çen In ABŞ-ın bu istəyinə
    Şimali Koreya lideri ABŞ-ın dövlət katibinin xahişinə mənfi cavab verib.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ