EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:29.01.2019 15:01:34

"Bu günə qədər 1300 nəfərin pensiya təyinatı tam elektronlaşdırılıb”.

"Bu günə qədər 1300 nəfərin pensiya təyinatı tam elektronlaşdırılıb”.

Baku.ws xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, cari il iyul ayının 1-dək kişilər üçün pensiya yaşı 64, xanımlar üçün 61-dir.

Pensiya yaşı tamam olan kimi vətəndaşa elektron məlumat göndərilir və nə qədər pensiya alacağı barədə məlumat verilir. Burada vətəndaşın müraciətinə ehtiyac qalmır.

Qarşıdakı dövrdə sayın artacağını gözləyirik. Bu il pensiya yaşına çatan insanların 70 faizi məhz bu şəkildə pensiya alacaq.

Nazirin sözlərinə görə, pensiyaların indeksasiyası ilə bağlı bəzi şəxslər mətbuatda düzgün informasiya vermədilərr:

Belə ki, indeksasiya orta aylıq əmək haqqının artımına uyğuna aparılır, inflyasiyaya uyğun aparılmır. Bizim ehtimalımız 5,7 faizdir. Dövlət Statistika Komitəsinin məlumatını gözləyirik.

Bundan sonra müvafiq təklif hazırlayarıq. Fevral ayında vətəndaşlar həm yanvar, həm də fevral ayının artımını alacaqlar.

Nazir qeyd edib ki, pensiya sistemində sosial ədalət prinsipinin gücləndirilməsinə dair araşdırmalar davam edir.

Onun sözlərinə görə, təkliflər hazırlanır. Bunların sırasında minumum pensiyanın ehtiyac meyarına qədər qaldırılması məsələsi var. 100 minə yaxın vətəndaşın pensiyasında ciddi artım baş verəcək.

Ölkə üzrə orta pensiyanın həcminin orta aylıq əmək haqqının 60-70-80 faizə yaxınlaşdırılmasına dair uzunmüddətli proqramlar hazırlanır.


Nazir: Cari il iyul ayının 1-dək kişilər üçün pensiya yaşı 64, xanımlar üçün 61-dir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ