Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava hücumundan müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb.

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava hücumundan müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb.
İslamazeri.com xəbər verir ki, bu barədə "Report"a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.
Təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.
Təlimin döyüş atışlı mərhələsində düşmənin hava və yerüstü hədəfləri hava hücumundan müdafiə silahları ilə məhv edilib.
Təlimlərə hava düşmənini təqlid edən Əlahiddə Ümumqoşun Ordunun aviasiyası da cəlb edilib.
Naxçıvanda döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb