EURO 2,0067 NEFT 75,29
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:07.02.2018 11:20:34

Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

“Report”un xəbərinə görə, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Layihədə bildirilib ki, Vəli Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib.

Qasım Vəli oğlu Əliyevin vəzifəsinin dəyişdirilərək Naxçıvan Muxtar Respublikanın Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılması tövsiyə edilib.

Bu qərar imzalandığı gündən qüvvəyə minəcək.

Qeyd edək ki, V.Əliyev 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi. 


Naxçıvan Məhkəmə Sistemində dəyişiklik: Hərbi Məhkəmənin sədri vəzifəsindən azad edilərək Ali Məhkəmənin sədri təyin edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistan müdafiə nazirinin müavininin arvadı 3 min ət konserv bankasını gizlətməyə cəhd edib
    Ermənistanın keçmiş müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan əsgərlər üçün nəzərdə tutulan 3 minə yaxın ət konserv bankasını gizlətməyə cəhd edib.
     19.06.2018
    Zərif: Nüvə silahı İranın əlindən inildəyən İsrailin əlindədir
    İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Sionist İsrailin əlindəki nüvə başlıqlarına işarə edərək, regiona yönəlmiş real təhdidə diqqət yetirilməsini istəyib.
     19.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ