EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.04.2019 18:34:44

NATO rəsmisi Türkiyənin S-400 alışı ilı bağlı danışıb.

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyənin Rusiyada S-400 komplekslərini alması, rəsmi Ankaranın suveren hüququdur.

Bunu Böyük Britaniya parlamentinin üzvü, NATO Parlament Assambleyasının prezidenti Madlen Mun bəyan edib.

“Ankara kritik dərəcədə mühüm bölgələrdə, o cümlədən də Əfqanıstan, İraq və Kosovoda, NATO missiyasına ciddi töhfə verir”, - deyə o bildirib.

O, Türkiyəni NATO üzrə öhdəliklərini yerinə yetirən güclü və etibarlı müttəfiq adlandırıb.

Mun NATO Baş kati Yens Stoltenberqin də mövqeyini xatırlabı. Baş katib də S-400-ün alışını Türkiyənin müstəqil qərarı adlandırıb.

“Stoltenberq haqlıdır. Bu, Tükriyənin müstəqil hüququdur. Bu, eynilə blokun digər ölkələrinə də aiddir. NATO müttəfiqlərinə nələri almalı olduqları və hansı addımları atmalı olduqları barədə göstəriş vermir. Bu, alyansın prinsipləri ilə ziddir, lakin həmçinin bilmək də lazımdır ki, istənilən seçimin öz nəticələri var”, - deyə o əlavə edib.

Üstəlik o qeyd edib ki, Rusiya silahları NATO təhlükəsizlik qüvvələri, həmçinin F-35 üçün riskdir.


NATO: Türkiyə S-400 məsələsində haqlıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda dənizdən qadın meyiti tapılıb - FOTOLAR (18+)
    Aprelin 17-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb.
     19.04.2019
    Orqan alverinin qurbanları məhkəmədə şikayətlərinin olmadığını dedilər
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində orqan alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ