Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:24.01.2022 16:40:12

NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə döyüş təyyarələri və döyüş gəmiləri göndərəcəyini açıqlayıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, NATO-nun verdiyi bəyanatda üzv ölkələrin Şərqi Avropadakı müttəfiqlərinə əlavə döyüş gəmiləri və döyüş təyyarələri göndərəcəkləri və qüvvələrini hazır vəziyyətdə saxlayacaqları bildirilib.

Bəyanatda qeyd olunub ki, NATO-ya üzv dövlətlər Şərqi Avropa isitqamətində əlavə hərbi gəmi və təyyarə göndərir: “Bununla da Rusiyanın Ukrayna ilə sərhəddə hərbi mövcudluğunu artırması fonunda müdafiəni gücləndiririk”.

NATO-nun bəyanatına görə, alyans ölkələrindən Danimarka Baltik dənizinə freqat göndərir və NATO-nun bölgədəki hava patruluna dəstək vermək üçün Litvaya 4 ədəd F-16 təyyarəsi göndərməyə hazırlaşır.

İspaniya Bolqarıstana döyüş təyyarələri göndərməyi, eləcə də NATO-nun dəniz qüvvələrinə qoşulmaq üçün hərbi gəmilər göndərməyi planlaşdırır.

Fransa NATO komandanlığı altında xidmət etmək üçün Rumıniyaya qoşun göndərməyə hazır olduğunu, Hollandiya isə aprel ayından etibarən Bolqarıstanda 2 F-35 döyüş təyyarəsini hava patrulları üçün saxlayacağını bəyan edib. Hollandiya həmçinin NATO Cavab Qüvvələri üçün bir gəmi və quru qoşununu hazır saxlayacaq.

NATO-nun bəyanatında vurğulanıb ki, Amerika Birləşmiş Ştatları da alyansın şərq hissəsində hərbi mövcudluğunu artırmağı planlaşdırdığını açıq şəkildə bəyan edib.

Qeyd edək ki, NATO 2014-cü ildə Ukraynaya məxsus Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqından sonra Estoniya, Latviya, Litva və Polşada 4 çoxmillətli döyüş qrupu ilə şərq cinahda mövcudluğunu artırdı.

Bu qoşunlara İngiltərə, Kanada, Almaniya və ABŞ rəhbərlik edir.

Qoşunlar döyüşə hazır vəziyyətdə saxlanılır.

NATO vurğulayır ki, bu qoşunların mövcudluğu hər hansı müttəfiqə hücumun bütün alyansa hücum kimi qiymətləndiriləcəyini göstərir.

NATO 2014-cü ildən əvvəl alyansın şərq hissəsində heç bir NATO qüvvəsi olmadığını xüsusilə qeyd edir.


NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə hərbi gəmi və təyyarə göndərir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında çıxış edib
    Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.
     23.05.2022
    Nazirlik: IV siniflərdə monitorinq keçiriləcək
    İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ