Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:30.05.2022 10:56:36

NATO Baltik dənizində bir çox ölkədən onlarla döyüş gəmisi, döyüş təyyarəsi və 7 min əsgərinin iştirakı ilə təlimlər keçirməyə hazırlaşır.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, NATO-nun bəyanatına görə, Baltik Əməliyyatları 22 (BALTOPS22) dəniz təliminin 51-cisi  5-17 iyun tarixlərində keçiriləcək.

Təlimdə Türkiyə ilə yanaşı, Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, İsveç, İngiltərə və ABŞ iştirak edəcək. Təlimlərə 45 gəmi, ən azı 75 təyyarə və təxminən 7000 hərbçi cəlb olunacaq.

Baltikyanı bölgədə naviqasiya azadlığı və təhlükəsizliyin qorunması üçün lazımi imkanların gücləndirilməsini hədəfləyən təlimdə amfibiya əməliyyatları, atış texnikası, sualtı qayıqlara qarşı əməliyyatlar, hava hücumundan müdafiə manevrləri, mina təmizləmə, partlayıcıların məhv edilməsi, pilotsuz sualtı nəqliyyat vasitələri və tibbi müdaxilələr kimi müxtəlif mövzularda fəaliyyətlər aparılacaq. 

İlk dəfə 1972-ci ildə keçirilən və hər il təkrarlanan BALTOPS22 təliminə bu il İsveç ev sahibliyi edəcək.


NATO Baltik dənizində təlimlər keçirməyə hazırlaşır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
     15.08.2022
    “AzərEnerji” dənizdə böyük estakada tikir - VİDEO
    Bu barədə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
     15.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ