Bern muzeyinin incəsənət direktoru Nina Zimmer "Nasistlərin gizli xəzinələri" adı altında göstərilən əsərlərin oğurluq olmadığı barədə ətraflı araşdırma aparıldıqdan sonra nümayiş etdirdiyini bildirib.

İslamazeri.com Avropa mediasına istinadən xəbər verir ki, Nasistlərin Almaniyanın "degenerasiya sənətkarlarının zibillik əsərləri" kimi təsvir etdiyi və muzeylərdən çıxardığı əsərləri toplayan incəsənət mütəxəssisi Hildebrand Qurlittin kolleksiyasında olan əsərlər İsveçrənin paytaxtı Bern şəhərində sərgilənib.
Bern muzeyinin incəsənət direktoru Nina Zimmer "Nasistlərin gizli xəzinələri" adı altında göstərilən əsərlərin oğurluq olmadığı barədə ətraflı araşdırma aparıldıqdan sonra nümayiş etdirdiyini bildirib: "Oğurluq olmadığına 100 % əmin olduğumuz əsərləri nümayiş etdiririk. Əlimizdəki işlərin hələ 1/3 sərgimdədir. Yerdə qalan 2/3-in vəziyyətləri ilə bağlı bəzi kiçik detalların aydınlaşdırılmasını gözləyirik. Hazırkı əsərlərin yağmalama və ya oğurluq olmadığından qəti əminik".
1939-cu ildən bu yana itən 1500 tablo Hitlerin sənət dəllallarından Hildebrand Gurlittin oğlu Kornelius Qurlittin Münhendəki evində 2012-ci ildə ortaya çıxmışdı.
"Nasistlərin Gizli Xəzinələri" sərgilənir