NASA BKS-dakı texniki problemə görə Rusiyaya müraciət edib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, NASA Rusiyanın “Enerji” Raket-Kosmik Korporasiyasından (RKK) texniki xidmət və Beynəlxalq Kosmik Stansiyanın (BKS) ABŞ-a aid seqmentindəki tualet elementlərinin dəyişdirilməsini sifariş edib.
Bildirlir ki, ABŞ-dan olan mühəndislər sanitariya qovşağı yarada bilmədiyi üçün, NASA öz seqmenti üçün 2007-ci ildə Rusiyadan 19 milyon dollara tualet sifariş vermişdi.
“Enerji” RKK-in yeni hesabatında deyilir ki, korporasiya, tualet elementlərinin hazırlanması və tədarükünə dair sifarişləri uğurla yerinə yetirib.
Qeyd edilir ki, 2017-ci ildə aparılmış silsilə danışıqların nəticəsinə əsasən, Rusiya korporasiyası bu müqavilə çərçivəsində yeni sifarişlər qəbul edib.
NASA-dan Rusiyaya kosmik tualet xahişi