Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:10.05.2022 16:02:45

Amerika Aeronavtika və Kosmik Agentliyi (NASA) Süd yolu (Samanyolu) qalaktikasının kiçik peyk qalaktikası olan Böyük Magellan buludunun ətraflı görüntüsünü paylaşıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, NASA-nın saytında yer alan xəbərə görə, şəkil 25 dekabr 2021-ci ildə kosmosa buraxılan “James Webb” kosmik teleskopunun ən soyuq cihazı olan Orta İnfraqırmızı Cihazı (MİRİ) fokuslanarkən çəkilib.

MİRİ sınaq təsviri (7,7 mikronda) Böyük Magellan buludunun bir hissəsini ehtiva edir.

Eyni görüntülər yaxın və orta infraqırmızı kainatın yüksək keyfiyyətli təsvirlərini təmin edən “Spitzer” teleskopundan çəkilib. Lakin “James Webb”in təsvirində əvvəllər “Spitzer”də olmayan misli görünməmiş detallarda ulduzlararası qaz gözə çarpır.

“James Webb”in üzərində yerləşdirilmiş 18 inkişaf etmiş güzgü seqmentinin hər biri “Spitzer”dəkindən daha böyükdür ki, bu da infraqırmızı səmanı gücləndirilmiş aydınlıq və daha çox araşdırma ilə izləməyə imkan verir.

Qeyd edək ki, 2021-ci il dekabrın 25-də NASA dünyanın ən böyük və ən qabaqcıl kosmik teleskopu “James Webb”i kosmosa göndərib.

NASA-nın Avropa və Kanada kosmos agentlikləri ilə əməkdaşlığının məhsulu olan “James Webb”in indiyə qədər qurulmuş, 31 yaşı olan və iş ömrünün sonuna yaxınlaşan ən böyük və güclü “Hubble” kosmik teleskopunu əvəz edəcəyi gözlənilir.


NASA Böyük Magellan buludunun ayrıntılı görüntüsünü paylaşıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİM-dən Azərbaycan dilindən “qeyri-məqbul” qiymət alanlara MÜRACİƏT
    “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 12 iyun tarixində keçiriləcək.
     23.05.2022
    Azərbaycanda koronavirusa yoluxmada SON VƏZİYYƏT
    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 842 test icra olunub.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ