Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:28.03.2019 23:34:35

Bu şərtləri yerinə yetirən könüllülərə seçiləcəkləri təqdirdə 19 min dollar pul ödənəcək.

Amerikan Kosmos və Aviasiya İdarəsi (NASA) yerin mikro cazibə qüvvəsinin təsirini araşdırmaq üçün iki ay müddətində uzanaraq film izləyəcək könüllülər axtarır. Uyğun olan namizədlərə isə təxminən 19 min dollar pul ödənəcək.

İslamazeri.com xəbər verir ki, NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə edəcəyi tədqiqatda könüllülərdən 2 ay ərzində yataqda uzanmaları gözlənilir. Təcrübədə astronavtların uzun kosmos səyahətlərində yaşadığı əzələ itkisi probleminə qarşı yerin mikro cazibə qüvvəsinin təsiri təhlil olunacaq.

Almaniyanın Köln şəhərindəki Kosmos Araşdırma Mərkəzində aparılacaq iş üçün 12-si qadın, 12-si kişi olmaqla 24 könüllü seçiləcək. Namizədlərdə tələb olunan şərtlər isə belədir:

* 24-55 yaşları arasında olmaq
* Sağlam olmaq
* Almanca bilmək

Bu şərtləri yerinə yetirən könüllülərə seçiləcəkləri təqdirdə 19 min dollar pul ödənəcək.

Könüllülər ayaqları baş səviyyələrindən yuxarıda qalacaq və bir çiyinləri daim yatağa dəyəcək şəkildə 6 dərəcəlik bir mail üzrə yatacaqlar.

Tədqiqatda yerin süni cazibə qüvvəsinin əzələ itkisi üzərində təsirinin ölçülməsi məqsədilə könüllülərin bir hissəsi gündə bir dəfə sentrifuqada fırladılaraq qanın ayaqlarına doğru geri axması təmin ediləcək.


NASA 19 min dollar maaşla 2 ay yatıb kinoya baxacaq könüllülər axtarır - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayev:
    "Bizə Qazaxıstan vətəndaşlarının istək və maraqlarına cavab verən real islahatlar lazımdır".
     21.01.2022
    Milli Məclisin Aqrar siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib
    Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib.
     21.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ