Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.12.2021 14:35:26

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Cəmil Əhmədov və Cəlal Quliyev bəraət alıb.

Bu barədə İslamazeri.com xəbər verir ki, bu haqda  vəkil Elvin Səlimov məlumat verib.

O bildirib ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxsə bəraət verilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, C.Əhmədov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Ondan 1 kiloqram 150 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələri C.Əhmədova həmyerlisi C.Quliyev satıb. Həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən şəxslər bəraət alıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Buraxılış imtahanlarının vaxtı açıqlandı
    Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.
     24.01.2022
    DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ