Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:26.10.2021 12:06:12

Faktiki olaraq "Samsung"-a rəhbərlik edən Lee Jae-yong "Narkotiklərə nəzarət haqqında" qanunun pozulmasında təqsirli bilinib.

Seul Mərkəzi Dairə Məhkəməsi "Samsung" şirkətinin faktiki rəhbəri Li Çje Yonu (Lee Jae-yong) güclü yuxu həbi olan propofoldan qeyri-qanuni istifadə etdiyinə görə 70 mln. Cənubi Koreya vonu (60 min ABŞ dollarından çox) məbləğində cərimələyib.

İslamazeri.com-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə "Ryonghap" agentliyi xəbər verir.

Bundan başqa, məhkəmə daha 17 mln. vonun (14,5 min dollar) müsadirə edilməsinə qərar verib. Faktiki olaraq şirkətlər qrupuna rəhbərlik edən "Samsung"un varisi "Narkotiklərə nəzarət haqqında" qanunun pozulmasında təqsirli bilinib.

Qeyd edək ki, Cənubi Koreyada propofolun yalnız plastik cərrahiyyə klinikalarında istifadəsinə icazə verilir. İttiham tərəfi bildirib ki, 2015-ci ilin yanvarında və 2021-ci ilin mayında Li Çje Yon sözügedən preparatdan 41 dəfə başqa məqsədlər üçün istifadə edib.

Xatırladaq ki, Li Çje Yon bu ilin yanvar ayında rüşvət almaqda və vəsaitlərin mənimsəməsində ittiham olunaraq 2 il 6 ay həbs cəzasına məhkum edilib. Daha sonra Cənubi Koreyanın Ədliyyə Nazirliyi biznesmenin vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib. Ölkənin Baş nazir Kim Bu Gyom (Kim Boo-kyum) isə ümumi qaydalara zidd olaraq "Samsung"un faktiki rəhbərinin şirkətin vitse-prezidenti vəzifəsinə qayıtmasını dəstəkləyib.


Narkotik istifadə edən "Samsung" rəhbəri cərimə olundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ