EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:30.01.2019 22:05:18

Faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən xəbərə görə, bölməyə Nardaran qəsəbə sakini İntiqam Vəliyevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs polislər tərəfindən saxlanılıb və onunla aparılan profilaktik söhbətlər zamanı o, qəsəbə ərazisində gizlətdiyi sursatın yeri barədə məlumat verib. Qeyd edilən əraziyə baxış zamanı İ.Vəliyev tərəfindən torpağa basdırılan 27 ədəd avtomat gülləsi, 1 ədəd F1 qumbarası alışqanı ilə birlikdə, 2 ədəd bıçaq, 1 ədəd 12 kalibrli ov tüfənginə məxsus güllə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat və partlayıcı maddələr könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.


Nardaranda XÜSUSİ ƏMƏLİYYAT - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ