EURO 1,9267 NEFT 67,11
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:03.11.2018 23:01:22

Onun himnimizin çox bədbin və uzun olduğunu qeyd etməsi müzakirə yaradıb.

Ötən gün Milli Məclisdə deputat Tahir Kərimlinin himnimizlə bağlı səsləndirdiyi iradlar sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Onun himnimizin çox bədbin və uzun olduğunu qeyd etməsi müzakirə yaradıb.

Oxu.Az məsələ ilə bağlı Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin fikirlərini öyrənib.

Sənətçi saytımıza açıqlamasında Tahir Kərimliyə dəstək verərək, himnimizin bədbin notlara kökləndiyini söyləyib.

“Əslində, bu himni Üzeyir Hacıbəyovla Əhməd Cavad 1918-ci ildə şəhid olan azərbaycanlılara həsr edib. Bu, himn kimi yazılmayıb. Ona görə də, Üzeyir bəy burada minor ab-havası verib. O, “Xalq musiqisinin əsasları” kitabında qeyd edir ki, bayatı-şiraz qəmginlik gətirən musiqidir. Onun çox gözəl digər himni də var, ancaq o sovet dövründə olan Azərbaycana aiddir. Mən də həmişə fikirləşmişəm ki, bu, şəhidlərə aiddir. Biz əgər şəhid verməklə, Azərbaycanın bütövlüyünü təmin etmişiksə, ona görə qəmgin not normaldır”, - deyə bəstəkar bildirib.

Nailə Mirməmmədli Üzeyir Hacıbəyovun “Ya Allah” adlı əsərinin himn üçün uyğun ola biləcəyini dilə gətirib:

“Yaxşı olardı ki, Üzeyir bəyin başqa major ladında olan əsərlərindən yeni himn kimi istifadə edilsin. Üzeyir Hacıbəyovun “Ya Allah” adlı əsəri var, onun da himn kimi istifadə olunmasını istəyərdim. Himnimizin uzun olmasını deyə bilmərəm, amma ruh yüksəkliyi verməsi çox yaxşı olardı. Çünki Azərbaycan var və yaşayacaq”.

Qeyd edək ki, Tahir Kərimlinin təklifində bu fikirlər yer almışdı:

“Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri iki dəqiqə səsləndirilir. Ancaq bizdə dövlət himni dörd dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır.

Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet İttifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.


Nailə Mirməmmədli: Himnimiz bədbindir - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Stoltenberq: Avropa ordusu NATO-ya alternativ ola bilməz
    NATO Baş katibi Yens Stoltenberq Avropa Birliyinin (AB) öz ordusunu qurmaq istəməsinə dair "Avropa ordusu NATO-ya alternativ ola bilməz",- deyib.
     16.11.2018
    Avropa Birliyi: PKK terror siyahısında qalacaq
    Avropa Ədalət Divanı PKK-nın Avropa Birliyinin (AB) terror təşkilatları siyahısında qalmasına qərar verib.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ