EURO 1,9876 NEFT 78,61
USD 1,7 RUB 0,0249
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:22.08.2018 00:39:41

Artıq məlumdur ki, KHS101 hüceyrələrin çoxalmasına imkan vermir və onları öldürür.

Britaniyalı mütəxəssislər qlioblastoma hüceyrələrini və digər beyin şişlərini özünü məhv etməyə yönəldə bilən KHS101 molekulunu aşkar ediblər. Eksperimentlərin hələ ki siçanlar üzərində aparıldığı bildirilir. Artıq məlumdur ki, KHS101 hüceyrələrin çoxalmasına imkan vermir və onları öldürür.

İslamazeri.com axar.az-a istinadən bildirir ki, tədqiqatların nəticələrinə görə, KHS101 neyronların sələflərini yaşlı beyin hüceyrələrinə çevirir. Bu proses gövdə hüceyrələrinin çoxalmasını idarə edən və onların fəaliyyətinin qarşısını alan TACC3 zülalı ilə sintez sayəsində baş verir. Bəlli olub ki, KHS101 xərçəng hüceyrələri üçün təhlükəlidir və sağlam beyin hüceyrələrinə heç bir zərər vermir.

Alimlər eksperiment çərçivəsində siçanların beyninə qlioblastomanın xüsusi aqressiv formalarını, astrotsitom və digər bədxassəli şişləri yeridiblər. Sonra heyvanların yarısına KHS101 iynəsi, qalanlarına isə platsebo vurublar. Molekulun təsiri ilə xərçəng hüceyrələri çoxala bilməyib və TACC3 ilə birbaşa əlaqəsi olmayan genlərlə qarşılıqlı fəaliyyət nəticəsində onların özünü məhvetmə prosesi başlayıb.


Ən ağır onkoloji xəstəliklərə qalib gəlməyin üsulu tapıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Berlində Həzrəti Hüseyn (ə) matəmi - FOTOLAR
    Berlin İmam Cəfəri-Sadiq (ə) məscidində keçirilən matəm məclisi Əhli-Beyt dostlarının kütləvi iştirakı ilə keçirilib.
     19.09.2018
    Daha bir şöbə müdiri işdən çıxarıldı
    Eldar Əzizov daha bir şöbə müdirini işdən çıxardı
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ