EURO 1,8968 TRY 0,2935
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.09.2019 11:00:26

Milli Şura sentyabrın 28-də mitinqə hazırlaşır və ümid edir ki, hakimiyyət bəyan edilmiş üç yerdən birində mitinq keçirməyə icazə verəcək.

 Milli Şura sentyabrın 28-də mitinqə hazırlaşır və ümid edir ki, hakimiyyət bəyan edilmiş üç yerdən birində mitinq keçirməyə icazə verəcək. Bu barədə Turan-a Xalq Cəbhəsi Partyası Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirib.

Onun sözlərinə görə, Milli Şura mitinq üçün 3 yer təklif edib: "28 May" metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun qarşısı və "Nərimanov" metro stansiyasının qarşısındakı park.

Mitinq seçki islahatları, Dağlıq Qarabağ probleminin həlli, siyasi məhbuslara azadlıq, uşaq pullarının bərpa edilməsi, tibbi sığortanın tətbiqi, sənədsiz evlərə sənəd verilməsi, təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi tələbi ilə keçiriləcək.

O, mitinqə icazə verilmədiyi halda hansı addımların atılacağı ilə bağlı sualın cavabında deyib ki, hələlik bu məsələ müzakirə olunmur. O, digər müxalifət qüvvələri nümayəndələrinin aksiyada iştirakına ümid etdiyini bildirib.

*Demokratik Qüvvələrin Milli Şurasına Xalq Cəbhəsi Partiyası, bir sıra ictimai və qeyri-hökumət təşkilatlarının, həmçinin tanınmış ziyalı və ictimaiyyət nümayəndələri daxildir. (Turan)


Müxalifət ümid edir ki, bəyan edilmiş üç yerdən birində mitinq keçirilməsinə icazə veriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək
    İran prezidenti Həsən Ruhani və bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına rəsmi səfərə gələcəklər.
     21.10.2019
    Bu il Azərbaycanda 34 dini icma dövlət qeydiyyatına alınıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bu ilin 9 ayında dövlət qeydiyyatına alınan dini icmaların statistikasını açıqlayıb.
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ