1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:28.05.2020 13:30:07

Bu gün Həzrəti İmam Hüseyn (ə) Kəbədən ayrılaraq Kufəyə üz tutur

İslamazeri.com xatırladıq ki, İmam Hüseynin (s) xüsusi səfiri həzrəti Əlinin (ə) qardaşı Əqilin oğlu Müslim üç imamın dövründə yaşayıb. İmam Əli (ə), imam Həsən (ə) və imam Hüseyn (ə). Üçüncü imamın dövründə canını öz mövlasına fəda edib və Übeydullah ibn Ziyadın göstərişi ilə şəhid edilib. İmam Hüseyn (ə) onu öz xüsusi nümayəndəsi ünvanı ilə Kufə şəhərinə göndərir, amma o, kufəlilərin vəfasızlıqları ilə qarşılaşır və İbn Ziyadın əsgərləri ilə tək-tənha halda mübarizə aparır. Çoxlu fədakarlıq və rəşadət göstərdikdən sonra onu tutub İbn Ziyadın yanına gətirirlər. O məlun göstəriş verir ki, Müslimi qəsrinin başına çıxartsalar və orada boynunu vursunlar. Bu göstəriş icra olunur və Müslim şəhadət məqamına yetişir. Onun Kufə şəhərində yerləşən şərif qəbri Əhli-beyti sevənlərin ziyarətgahıdır.

Bu barədə daha ətraflı məlumatı aşağıda qeyd edirik.

Müslimin 6 oğlu olub ki, onların 4 Kərbəlada, 2-si isə 1 il sonra şəhid edilib:

1 və 2. İmam Əlinin (ə) qızı Rüqəyyədən dünyaya gələn Əbdüllah və Əli;

3. Müslim ibn Müslim;

4. Əbdüllah;

5. Məhəmməd;

6. İbrahim Məhəmməd

Məhəmməd və İbrahim Kərbəla müsibətindən sonra yaşları az olduğu üçün tutulub bir il həbs ediliblər, bir müddətdən sonra həbsdən qaçmağa nail olublar. Lakin qısa müddətdən sonra yenidən tutularaq Haris ibn Ziyad adlı bir zalımın vasitəsi ilə (həddi-buluğa çatmadıqları halda) şəhid ediliblər. Buna görə də həzrət Müslimin nəslindən heç kəs sağ qalmayıb.

 

İmam Hüseyn (ə) Aşura hərəkatında ilk tədbir ünvanı ilə Müslimi Kufəyə göndərir. O, əvvəlcə Məkkədən Mədinəyə, oradan da İraqa gələrək Kufədə Muxtarın evində qalır. Onun Kufəyə gəlişindən 35 gün keçəndə (60-cı hicri il şəvval ayının 5-də) təqribən 18 min nəfər onunla beyət edir. Amma Kufənin hakimi işdən götürülür və onun yerinə Übeydullah ibn Ziyad (L) təyin olunur.

Übeydullah camaatı qorxutmaqla, bəzilərinə rüşvət verməklə qəbilə rəislərini o cənabdan uzaqlaşdırır. Müslim tənha qaldığı zaman Übeydullah onu tutmaq üçün bir qoşun göndərir. Həmin vaxt Müslim Tövə adlı bir qadının evinə sığınır. İbn Ziyadın əsgərlərinin səsini eşitdikdə döyüşə hazırlaşır. Döyüşdə düşmən qüvvələrinə ağır zərbələr endirir, bu zaman onlar məkr işlədirlər. Müslim mübarizəni davam etdirməyə taqəti olmadığı dövrdə məcburiyyət üzündən təslim olur.

Onu Übeydullahın yanına gətirirlər, onların arasında baş verən sərt danışıqlardan sonra Übeydullah göstəriş verir ki, onu darul-imarənin üstünə aparsınlar. Müslimin boynu vurulur və İbn Ziyadın fərmanı icra edilir.


Müslüm İbni Əqilin Kufəyə getməsi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: Ermənistan İran üzərindən silah gətirə bilməyib
    Prezident İlham Əliyev bu gün xalqa müraciəti zamanı bəzi açıqlamalar verib
     20.11.2020
    Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ