EURO 1,8853 TRY 0,2928
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:07.10.2019 13:25:05

Terror üçün məscidə girdi, müsəlman oldu.

İslamazeri.com-un “Colorado Sun”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın İndiana ştatının sakini Riçard Makkini 25 il ABŞ ordusunda qulluq edib. Hər dəfə Somali və Yaxın Şərqin qaynar nöqtələrindən geri döndükdə, o, “düşmənə” qarşı nifrət və qəzəbdən alışıb yanırdı. O, öz əlində kiçik tatular vasitəsilə öldürdüyü “düşmənlərin” sayını qeyd edirdi. Onun əlindəki bu cür tatuların sayı isə 26-dır.

Riçard olduqca taqətdən düşmüş halda öz doğma Mansi şəhərinə geri dönür: o, bir neçə yara və kontuziya almışdı. O, ayaqqabı mağazasında ilk dəfə niqablı bir müsəlman gördükdə, onu oradaca öldürmək istəyirdi.

Daha sonra onun ağlında plan əmələ gəldi: yerli məscidlərdən birində müsəlmanları kütləvi şəkildə qətlə yetirmək. Riçard müsəlman ibadətgahına kustar üsulla hazırlanmış bomba qoymaq və küçənin digər tərəfindən partlayışa tamaşa etmək istəyirdi.

Planlaşdırdığı hücumdan öncə o, ətrafa göz gəzdirmək məqsədi ilə məscidə gəlir. Və bir andaca onun həyatı dəyişməyə başladı. Məsciddəkilərdən kimsə onun səmimi şəkildə salamlaşdı və ona oxuması üçün Quran verdi, daha sonra isə onu söhbətə dəvət edərək İslamla bağlı istədiyi sualı vermək təklif edildi. Riçard çaşbaş qalmışdı və heyrət içərisində idi. O, təkrar-təkrar məscidə gəlməyə başladı. İki aydan sonra isə qatı İslam düşməni olmuş Riçard şəhadət gətirərək İslam dinini qəbul etdi.

İllər sonra isə ABŞ ordusunun veteranı yerli müsəlman icmasının prezidenti seçildi və Mansi şəhərinin məscidinə başçılıq etməyə başladı. Onun həyatı barədə isə çoxseriyalı sənədli film çəkilib.


Müsəlmanları öldürmək üçün məscidə gəldi, amma MÜSƏLMAN oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp vəzifəsindən sui-istifadədə və  Konqresin fəaliyyətinə maneədə ittiham edildi
    Qanunvericilər ABŞ dövlət başçısını vəzifəsindən sui-istifadədə və Konqresin fəaliyyətinə maneə törətməkdə ittiham edib.
     11.12.2019
    Yəmən Səudiyyənin casus PUA-sını vurdu
    Yəmən Ordusu Səudiyyə Ordusuna aid bir casus PUA-sını vurduğunu açıqlayıb
     11.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ