EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2017 15:35:30

Orlando şəhərinin İslam icması "İrma"-dan zərər çəkənlərə yardım əli uzatdı.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Orlando ştatında yerləşən məscid öz qapılarını “İrma” qasırğasından zərər görmüş hər bir kəsin üzünə açıb. Sözügedən təbii fəlakət Florida ştatında sentyabr ayının 6-sı baş verib və milyonlarla insanın təxliyyə edilməsinə səbəb olub.

Müvəqqəti sığınacaq axtaran hər bir kəs milliyətindən və dini inancınsan asılı olmayaraq məscidə dəvət edilib. Müvafiq elan sosial şəbəkələrdə yerləşdirilib. Artıq yüzlərlə insan müsəlmanların bu təklifinə cavab verib.

Bildirilir ki, hazırda məsciddə 100-dən çox zərərçəkən insan var.

“İlk əvvəl biz təxminən 40 nəfəri qəbul etməyi nəzərdə tutmuşduq, lakin nəticə etibarı ilə 100-dən çox insanı qəbul etdik. Biz istəyirik ki, insanlar özlərini mümkün qədər rahat hiss etsinlər.”, - deyə məscid imamı qeyd edib.

“Müsəlmanlar çox qonaqpərvərdirlər. Bizə gündə 3 dəfə yemək, yatmağa yer verirlər. Bu çox gözəldir. Müsəlmanlarla bir yerdə olmaq bizim üçün çox xoşdur.”, - deyə qasırğadan zərər görmüş Salli Killik deyib.

Qeyd edək ki, Florida ştatında yerləşən digər məscidlər də öz yardım əlini insanlara uzadıb.


Müsəlmanlar amerikalılara yardım əlini uzatdı - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda dəniz poliqonunda təlimlər keçirilir - FOTOLAR
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.
     18.11.2017
    Amerika Türkiyəni təhdid etdi
    ABŞ-dan Türkiyəyə S-400 təhdidi: NATO texnologiyalarına giriş məhdudlaşdırılar.
     18.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ