EURO 2,0859 NEFT 69,84
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2017 13:18:04

Sinqapurda yeni Prezident seçilib.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Sinqapurun malay icmasının xanım nümayəndəsi vaxtından əvvəl ölkə prezidenti seçildi. Həlimə Yaqub adlı müsəlman xanım bundan öncə ölkə parlamentinin spikeri idi. Bu haqda seçki komissiyasının sədri En Vay Çun açıqlama verib.

Onun sözlərinə görə, ötən ilin noyabr ayında qəbul edilmiş qətnaməyə əsasən, prezident seçkilərində namizədliyi ancaq malay xalqının nümayəndələri iştirak edə bilərlər. Çünki artıq yarım əsrdən çoxdur ki, adıçəkilən millətin nümayəndələri ölkəyə başçılıq etməyib.

2 müsəlman rəqib seçilmə haqqı üçün sertifikat ala bilmədiyi üçün prezidentlik “yarışında” iştirak edə bilməyib.

Digərləri isə başqa bir meyara uyğun gəlməyiblər. Həmin meyara əsasən, dövlət xidmətində və ya büdcəsi 371 milyon dollardan çox olan şirkətə rəhbərlik təcrübəsi olmayanlar namizədliyini irəli sürə bilməzlər.

Bütün bu tələblərə isə ancaq xanım Həlimə cavab verə bilib. Beləliklə də, o vaxtından əvvəl Sinqapur Prezidenti seçilib.

Yeri gəlmişkən demək lazımdır ki, müsəlman xanım həm də ölkə tarixinin ilk qadın prezidentidir.


Müsəlman xanım ilk qadın prezident seçildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
    İslam Əməkdaşlığı Təşkilatın 13-cü konfransı İran İslam Respublikasının paytaxtı Tehranda işə başlayıb
     16.01.2018
    Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ