EURO 1,8961 TRY 0,2902
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:02.07.2019 15:38:10

"5 il öncə mən, həyatımı həmişəlik dəyişən qərar qəbul etdim"

İslamazeri.com-un NDTV-yə istinadən verdiyi xəbərə əsasən, Bollivud ulduzu Zaira Vasim öz kino-karyerasına son verib. O bildirib ki, bu sahə onun imanına mənfi təsir edirdi və Allaha bağlılığı üçün təhlükəli idi.

“5 il öncə mən, həyatımı həmişəlik dəyişən qərar qəbul etdim. Bollivud mənə məşhurluq verdi. Mən hər zaman diqqət mərkəzində idim. Cəmiyyətdə məni uğur qazanmaq etalonu kimi qəbul edirdilər və gənclər özlərini mənə oxşatmağa çalışırdılar. Lakin mən heç zaman bunu arzu etməmişəm. Mən özüm hələ indi-indi uğur və uğursuzluğun nə olduğunu anlamağa çalışıram”, - deyə o qeyd edib.

5 illik kino-karyerasından sonra 18 yaşlı aktrisa etiraf edir ki, öz fəaliyyət sahəsindən razı deyil:

“Uzun illər sonra mən anlamağa başladım ki, bütün bu zaman ərzində mən var gücümlə baş biri olmağa çalışırdım. İndi isə, həyatımı, gücümü və emosiyalarımı həsr etdiyim şeyləri dərk və təhlil etməyə başladığım zamanda, mən anladım ki, müasir dünya üçün, bəlkə də, ideal olsam da, lakin, eyni zamanda, mən bura üçün deyiləm.

Sözsüz ki, kino sahəsi mənə böyük sevgi, dəstək və şöhrət verdi, lakin o, həm də məni cəhalətə apardı. Mən öz imanımı itirirdim. Mən bu sahədə işləməyə davam etdikcə, mən dinlə olan əlaqələrim də təhlükəyə düşdü. Bu iş mənim imanına mane olurdu”, - deyə o etiraf edir.

Xatırladaq ki, Zaira Vasim Hindistanda, Kəşmirdə müsəlman ailəsində anadan olub.


Müsəlman xanım Allaha xatir bu işinə son qoydu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ziyafət Əsgərov: “Fazil Mustafa, Milli Məclis “selfie” çəkmək yeri deyil”
    Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar.
     22.10.2019
    Hacıbala Abutalıbov bundan sonra nə işlə məşğul olacaq?
    Dünən yaş həddinə görə təqaüdə göndərilən Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq
     22.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ