1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:06.07.2018 15:37:29

“Nestpic” yaşayış üçün dünyanın ən bahalı və ən ucuz şəhərlərinin reytinqini dərc edib.

İslamazeri.com-un rus mediasına istinadənv verdiyi xəbərə əsasən, Almaniyanın daşınmaz əmlak üzrə şirkəti “Nestpic” yaşayış üçün dünyanın ən bahalı və ən ucuz şəhərlərinin reytinqini dərc edib.

Maraqlıdır ki, hər 2 siyahıda 1-ci yeri müsəlman dövlətlərinin şəhərləri tutub.

Belə ki, dünyanın ən ucuz şəhəri Misirin paytaxtı Qahirə şəhəri olub. Burada mənzil kirayəsi, qidalanma, nəqliyyat xərcləri, internet və digər xərclər 1 ayda 560 avro təşkil edir.

Ən bahalı şəhər adını isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri olan Dubay qazanıb. Burada isə oxşar xərclər 1 ayda ən azı 3633 avro təşkil edəcək.

Qeyd edək ki, qonşu Rusiyanın paytaxtı Moskva şəhərində isə qeydedilən 1 aylıq xərclər 899 avro təşkil edir.


Müsəlman şəhərləri dünyanın ən bahalı və ucuz şəhərləri siyahısında

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə-Rusiya razılığına Nəsrullahdan REAKSİYA
    "Hizbullah" lideri Nəsrullah İdlibə dair müqavilənin yaxşı və məqbul olduğunu deyib.
     22.09.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
     22.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ