EURO 1,9097 TRY 0,2896
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:20.05.2019 00:31:12

Raketin atılmasından sonra əraziyə güc strukturları cəlb edilib

 İslamazeri.com "rudav"a istinadən xəbər verir ki, şənbə günü ABŞ-ın İraqdakı səfirliyi binasının yaxınlığına raket atılıb.

Raketin atılmasından sonra əraziyə güc strukturları cəlb edilib.

Məlumata görə, hədəf ABŞ-ın səfirlik binası olub.

İraq Baş Əməliyyatlar Komandanlığının sözcüsü polkovnik Yəhya Rəsul özünün  Twitter hesabında bildirib ki, bir katyuşa raketi Yaşıl Bölgədə ABŞ səfirliyi yaxınlığına, bölgənin tam ortasına tuş gəlib.

Yəhya Rəsul hücumla bağlı əlavə açıqlama veriləcəyini bildirib.

ABŞ rəsmiləri səfirlik əməkdaşlarının evakuasiya edilməsini istəyib.

Bundan öncə ABŞ səfirliyi İraqdakı vətəndaşlarına ehtiyatlı olmaları üçün məsləhət vermişdi.

Qeyd edək ki, İraqdakı ABŞ səfirliyi dünyada bu ölkənin ən böyük səfirlik binası və ərazisinə sahib diplomatik korpusudur. Məlumata görə, səfirlik ərazisi 437 min kvadrat metrdir, Bağdaddakı ABŞ səfirliyinin ərazisi BMT-nin Nyu Yorkdakı mərkəzindən 6 dəfə böyükdür.

Yaşıl Zona 2003-cü ildə salınıb və Bağdadda səfrlik binaları olan bölgədir. Bura xüsusi olaraq mühafizə olunan ərazi sayılır.


Müsəlman ölkəsində ABŞ səfirliyinin yanına katyuşa atıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İki yaşlı uşaq 3-cü mərtəbənin balkonundan düşsədə heçnə olmadı - VİDEO
    İslamazeri.com xəbər verir ki, Türkiyənin Sakarya şəhərində 2 yaşlı uşaq 3-cü mərtəbənin balkonundan yıxılıb. Xoşbəxtlikdən azyaşlıya heçnə olmayıb və xəsarət almayıb.
     18.06.2019
    Ağstafada törədilən qətlin VİDEOsu yayıldı: Avtomatı Nivadan götürüb atəş açdı -  18+
    Elnur Süleymanovun “Kalaşnikov” avtomatı ilə törətdiyi qətliama dair videomüşahidə kameralarının qeydə aldığı görüntülər yayılıb
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ