1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.02.2019 22:26:18

ABŞ Konqresinin Nümayəndələr palatasının ilk müsəlman qadın üzvü İlhan Ömər ölkəsini Səudiyyə Ərəbistanının fəaliyyətini dəstəklədiyi üçün tənqid edib.

ABŞ Konqresinin Nümayəndələr palatasının ilk müsəlman qadın üzvü İlhan Ömər ölkəsini Səudiyyə Ərəbistanının fəaliyyətini dəstəklədiyi üçün tənqid edib.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

O, Nümayəndələr palatasının Xarici işlər üzrə komitəsinin iclasında Yəmən ərazisində fəaliyyət göstərən ərəb koalisiyasına başçılıq edən Səudiyyə Ərəbistanına ABŞ-ın dəstəyinin dayandırılması ilə bağlı qanun layihəsinin müzakirəsində çıxış edib. İ.Ömər bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə husilərə qarşı döyüşməsi dünyada ən ağır humanitar faciələrdən birinə çevrilib: “Son 3,5 ildə Yəməndə münaqişələr nəticəsində 17 min nəfər ölüb, 40 min insan isə yaralanıb. 3 milyon nəfər Yəməndə daxili köçkün olub. 22 milyon insanın isə humanitar yardıma ehtiyacı var”.

Konqresmen qeyd edib ki, ABŞ Yaxın Şərqin digər ölkələrində insan hüquqları və sabitliyin pozulması hallarına dərhal reaksiya verir, ancaq bu münasibəti rəsmi Ər-Riyada qarşı nümayiş etdirmir: “Biz Səudiyyə Ərəbistanında insan hüquqlarının pozulması hallarına münasibətdə həmin standartları niyə tətbiq etmirik?”.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən devrilmiş Prezident Əli Abdullah Salehinin tərəfdarları və husi qiyamçıları ilə Prezident Abdurabbi Mənsur Hadiyə rəğbət bəsləyən hökumət qoşunları arasında silahlı münaqişə davam edir.


Müsəlman konqresmen ABŞ-ı tənqid edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Bakıda müsəlmanlar kilsəyə axın etdi - Foto
    Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.
     23.04.2019
    Nigeriyada polis 11 nəfəri öldürdü - SƏBƏB
    Hadisənin Qombe ştatında baş verdiyi qeyd edilir.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ