EURO 1,8907 TRY 0,2924
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:29.09.2019 09:42:15

Penitensiar Xidmətin məlumatına görə, bu il martın 21-də Leyla İsmayılzadə Qobustan Qapalı Həbsxnasında saxlanlılan həyat yoldaşı ilə görüşə gələndə mobil telefon və danışıq kartı keçirmək istəyib.

Sentyabrın 27-də həbsdə olan "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadəyə Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 317-1.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham elan edilib. Bu barədə Leyla İsmayılzadə "Amerikanın Səsi"nə müsahibəsində bildirib.

"Bu gün müstəntiq Xaqani Sadıqov ittiham elan etdi və mən iltizama imza atdım. Barəmdə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib", deyə İsmayılzadə qeyd edib.

Penitensiar Xidmətin məlumatına görə, bu il martın 21-də Leyla İsmayılzadə Qobustan Qapalı Həbsxnasında saxlanlılan həyat yoldaşı ilə görüşə gələndə mobil telefon və danışıq kartı keçirmək istəyib.

"Məhkum Taleh Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı, Bakı şəhər sakini Leyla İsmayılzadə tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd "Samsung" markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilmişdir".

Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib.

"Gündüzlər o telefonda Abbas (azyaşlı oğlu) Youtube-da cizgi filminə baxır, axşamlar da babası saytlara baxır. Başımız qarışıq olub, heç bilməmişik nə vaxt atıb oyuncaqların arasına. Elə birbaşa çantanı götürüb aparmışıq. Həbsxanada bütün çantaları, əşyaları yoxlamaya təqdim etmişdik. Çantaları yoxlayıb gətirdilər, Abbasın oyuncaq çantasını da. Artıq görüşdə idik, Abbas oyuncaqlarıyla oynayırdı, gəlib Talehi çağırdılar ki, uşağın oyuncaq çantasının içindən telefon tapılıb. Gətirib telefonu göstərəndə özümdən ixtiyarsız qayıtdım ki, biz bu telefonu iki gündür axtarırdıq. Ağlımıza gəlməzdi ki, oyuncaqların arasına atar".

Leyla İsmayılzadə hesab edir ki, həyat yoldaşına təzyiq məqsədilə bu olayı şişirdirlər.

"Əlbəttə, cinayət işi qaldılmasına ehtiyac yox idi. Mən Qobustanda da izahatımda qeyd etmişəm ki, telefonu gizli yerdə keçirərlər. Mən gətirdiyim bütün çantaları yoxlamaya təhvil vermişəm. Telefonun ölçüsü böyük olub. Sadəcə uşaq bizim xəbərimiz olmadan çantaya atıb. Bu, yoldaşımın üçüncü həbsidir. Mən həbsxanaya giriş qaydalarını bilirəm və həyat yoldaşım üçün problem yaratmaram", deyə o qeyd edib.

Cinayət Məcəlləsinin 317-1.1 maddəsinin sanksiyasında 1000 manatdan 2000 manata qədər cərimə və ya iki ilədək islah işləri, yaxud da iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.(Turan)


“Müsəlman Birliyi” Hərəkatının sədrinin həyat yoldaşına qarşı ittiham elan edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ