EURO 1,9515 NEFT 60,31
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:26.04.2018 00:56:47

Müsavat Partiyası müstəqil vəkillərin fəaliyyətinin dayandırılması hallarını pisləyən bəyanat yayıb

Müsavat Partiyası son vaxtlar müstəqil vəkillərin fəaliyyətinin dayandırılması hallarını pisləyən bəyanat yayıb.

Bəyanatda Azərbaycanda ədalətli məhkəmə sisteminin olmadığı deyilir, hakim və ittihamçılar bütövlükdə ölkəni təkbaşına idarə edən iqtidarın təmsilçiləri adlandırılır.

Sənəddə deyilir ki, məhdud sayda müstəqil vəkillərin olması belə hakimiyyəti narahat edir və zaman-zaman belə vəkillərin siyasi sifariş əsasında qanuni fəaliyyətindən uzaqlaşdırılması bu narahatlıqdan yaranır.

"Son günlər Vəkillər Kollegiyası yenə də siyasi sifarişlə müstəqil mövqeli az saylı vəkillərdən ikisi - müsavatçılar Nemət Kərimli və Əsabəli Mustafayevin vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar verib", -bəyanatda hər iki vəkilin fəaliyyətinin dayandırılması belə dəyərləndirilir.

Müəlliflər müstəqil vəkillərin fəaliyyətini məhdudlaşdıran belə qərarları hakim klanın müstəqil hakimiyyətin qolu olan məhkəmə sistemi üzərində nəzarəti əlində cəmlənməsi sayaraq pisləyir.

Sənəd müəllifləri müstəqil vəkillərin fəaliyyətinin dayandırılması ilə bağlı qərarları da pisləyir və bu qərarların ləğvini tələb edirlər. (Turan)


Müsavat Partiyası müstəqil vəkillərin fəaliyyətinin dayandırılmasını pisləyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir - FƏRMAN
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
     16.01.2019
    Peyğəmbər (s): “Ey Cəbrail, Cümə nədir?”
    İslamazeri.com dəyərli izləyicilərinə məsum imamlardan (ə) olan gözəl bir hədisi təqdim edir.
     16.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ