1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:12.03.2020 12:13:17

Sədr hərəkatı lideri Trampın koronavirusun yayılmasına qarşı addım atması ilə bağlı iddialarını sərt tənqid edib

İslamazeri.com xəbər verir ki, İraqın “Sədr” hərəkatının lideri Seyid Müqtəda Sədr ABŞ prezidentini koronavirusla bağlı tənqid edib.

Özünün tvitter səhifəsində bu haqda yazan Sədr ABŞ prezidenti Donald Trampa “Vaşinqton və müttəfiqləri koronavirusun yayılmasında günahkardırlar, İraq xalqı ABŞ-ın hər hansı bir müalicə təklifini qəbul edən deyil.”, - deyib.

Sədr hərəkatı lideri Trampın koronavirusun yayılmasına qarşı addım atması ilə bağlı iddialarını isə sərt tənqid edib.

“Trampın, koronavirusa qarşı yaxşı bir iş ortaya qoyduq, əgər müdaxilə olmasaydı işlər daha da pisləşəcəkdi sözləri diqqətimi çəkdi.”, - qeyd edən Müqtəda Sədr sözlərinə belə davam edib: “Tramp! Sən və sənin bənzərlərin xəstəliyi yaymaqda günahkarsınız. Xüsusilə bu xəstəlikdən əziyyət çəkənlərin çoxu Amerika əleyhdarıdırlar. Tramp! Bir müddət əvvəl Amerikanın böyük imperatorluqları devirdiyini və terroruzmi məğlub etdiyini iddia etdiniz... və bu gün gözlə görünməyən bir virusla müharibə aparırsınız. Özünüzdən utanmırsız?”

Müqtəda Sədr Trampı dünyanı işğal etmə cəhdində, müharibələr, yoxsulluq və qarşıdurmalar yaratmaqda da ittiham edib.

“Bu xəstəlik sənin pis siyasətinə görə yayıldı. Tramp, əgər sən ateist, özünü müalicə edirsənsə, biz Allaha sığınırıq. Sən sadəcə Allahın düşməni deyil, millətlərin də düşmənisən...”, - Sədr hərəkatının lideri əlavə edib.


Müqtəda Sədrdən Trampa: Koronavirus sənin pis siyasətinə görə yayıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa ən çox yoluxan 10 müsəlman ölkəsi
    worldometers saytı dünya üzrə rəsmi mənbələrə istinadla özünün onlayn cədvəlini hazırlayıb.
     02.04.2020
    İrana kömək təklif edən Tramp, Rusiyadan yardım istədi
    Tramp özü Putinlə danışdıqdan sonra Rusiyanın köməyi barədə həvəslə danışıb
     02.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ