EURO 2,0827 NEFT 69,06
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.09.2017 11:22:50

Blokada dövründə məktəblilər təhsil almaqdan məhrum olublar.

Suriyanın Deyr əz-Zor şəhərinin işğaldan azad edilmiş hissələrində təhlükəsizlik və sabitlik təmin edilib. Şagirdlər yeni dərs ilinə daha təhlükəsiz şəraitdə başlayıblar.

İslamazeri.com RT-yə istinadən xəbər verir ki, Suriya hökuməti illərlə blokada şəraitində qalmış bu bölgələrə ən zəruri humanitar yardımlar göndərib.

Bildirək ki, mühasirədə saxlanıldığı 2 il yarım ərzində Deyr əz-Zordakı əksər təhsil müəssisələri dağıdılıb. Blokada dövründə məktəblilər təhsil almaqdan məhrum olublar. Belə ki, məktəblilərin bir qismi işlək təhsil müəssisəsi qalmadığına görə məktəbə gedə bilməyib, bir qismi gündəlik dolanışıq üçün ailələrinə yardım etməyə üstünlük veriblər, az qismi isə çətin şəraitdə, İŞİD-in davamlı mərmi hücumları altında dərslərini davam etdirməyə çalışıb.

"Orduya minnətdarıq, Allaha şükür olsun, prezidentimiz Bəşər Əsədə təşəkkür edirik ki, bu il artıq biz öz məktəblərimizə qayıtmışıq. Ötən il biz yoxsulluq, aclıq və soyuq şəraitdə yaşamağa məcbur olmuşduq. Allaha şükür ki, daha dərslərimizə davam edə bilərik", - deyə şagirdlərdən biri müsahibəsində deyib. Digər şagird isə ilk dərs günü ilə bağlı təəssüratlarını belə bölüşüb: "Biz üç il idi ki, mühasirədə idik. Artıq indi məktəbimizdəyik. Hər gün üzərimizə mərmilər yağırdı, bir çoxumuz xəsarətlər alıb. Orduya çox təşəkkür edirik".

Xatırladaq ki, Suriyada yeni dərs ilinə 1 həftə qalmış - sentyabrın 5-də Rusiya aviasiyasının dəstəyilə Suriya ordusu şəhəri İŞİD mühasirəsindən çıxarmağa nail olub.


Mühasirədən çıxarılmış Deyr əz-Zorda şagirdlər məktəblərə qayıtmağın sevincini yaşayır (VİDEO)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsinin tarixi açıqlanıb
    Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsi yanvarın 24-26-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək
     17.01.2018
    Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edilib
    Onlar 7 kater və 4 qayıqda olublar
     17.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ