EURO 1,8926 TRY 0,2924
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:20.07.2019 11:37:46

“Azərbaycan dünyəvi dövlətdir, ölkəmizdəki mövcud dövlət-din modeli, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşaması, cəmiyyətimizin tolerantlıq və multikulturalizm ənənələrinin bir nümunəsi olduğunu göstərir”.

“Azərbaycan dünyəvi dövlətdir, ölkəmizdəki mövcud dövlət-din modeli, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşaması, cəmiyyətimizin tolerantlıq və multikulturalizm ənənələrinin bir nümunəsi olduğunu göstərir”.

APA-nın məlumatına görə, bunu Vaşinqtonda keçirilən Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Komitə sədri həmçinin qeyd edib ki, bu ənənələri daha da gücləndirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir, dini icmaların inkişafı üçün onlara maddi yardımlar edilir. 

Azərbaycanın beynəlxalq aləmdə model olduğunu söyləyən M. Qurbanlı antisemitizmin olmadığı və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycanın dinlər və sivilizasiyalar arasında dialoqu təşviq edən əsas dövlətlərdən biri olduğunu vurğulayıb. Komitə sədri eyni zamanda bu ilin noyabrında Azərbaycanın Dünya dini liderlərinin II Bakı sammitini keçirəcəyini də xatırladıb.

 Bəzi münaqişələrin sonradan dini dona salınmasının yolverilməz olduğunu söyləyən M. Qurbanlı belə addımların qınanılmasının və onların qarşısının alınmasının vacibliyini qeyd edib. O, dinlərin barışa və sülhə töhfə verməli olduğunu, bu xüsusda xristian və müsəlman dini liderləri Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən münaqişənin həllinə və bir milyonadək soydaşımızın öz doğma yurd-yuvasına qayıtmasına yardım etməyə çağırıb.

Qeyd edək ki, ABŞ tərəfinin dəvəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda keçirilən Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edib. Konfransa 100-dən artıq dövlətin və 10-dan çox beynəlxalq təşkilatın rəsmiləri, habelə dini liderlər və vətəndaş cəmiyyəti qruplarının nümayəndələri qatılıblar.


Mübariz Qurbanlı ABŞ-da din azadlıqlarından danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakının mərkəzində polisə silahlı müqavimət göstərən şəxslərə cinayət işi başlanılıb - VİDEO
    Səbail rayonunda ictimai asayişi pozan, Xətai rayonunda isə polisə odlu silahla silahlı müqavimət göstərən şəxslərə qarşı cinayət işləri başlanılıb.
     14.12.2019
    Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ