1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.06.2017 15:34:06

Bu gün Azərbaycan torpaqları uğrunda canından keçmiş Mübariz İbrahimovun şəhid olduğu gündür.

İslamazeri.com bildirir ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşüb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib.

Qeyd edək ki, "Youtube" sosial şəbəkəsində Mübariz İbrahimova aid ilk video İslamazeri.com saytına məxsusdur.


Mübariz İbrahimovun şəhid olduğu gündür - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya İŞİD-i belə vurdu - YENİ VİDEO
    Rusiya Ordusunun Dəniz Qoşunları İŞİD terrorçlarını hədəf alıb. İslamazeri.com "Alalam"a istinadən xəbər verir ki, 6 kruiz raket terrorçuların məntəqələrinə tuş gəlib.
     25.06.2017
    Qahirə küçələrində bayram sevinci - FOTO
    Misir paytaxtında bayram sevinci yaşanır. İslamazeri.com tasnimnews-a istinadən fotoları təqdim edir.
     25.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ