EURO 1,9271 TRY 0,3119
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:15.12.2018 11:44:00

Psixoloq Nərmin Şahmarzadə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov barədə açıqlaması ilə gündəmə gəlib.

Psixoloq Nərmin Şahmarzadə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov barədə açıqlaması ilə gündəmə gəlib.

O, sosial şəbəkədəki statusunda Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırıb: “Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar. Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi.

Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.

Psixoloqun bu fikri sosial şəbəkələrdə ciddi müzakirə yaradıb. Sosial şəbəkə istifadəçiləri Mili Qəhrəman barəsində söylənilən bu fikirlərə görə psixoloqun məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Ümumiyyətlə, Milli Qəhrəmanın böhtan və yaxud təhqirə məruz qalması məsuliyyət yaradırmı?

Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, qanunvericilikdə istənilən şəxs, yaxud onun xatirəsinin təhqir edilməsiylə bağlı məhkəməyə müraciət nəzərdə tutulub: “Təhqir və ya böhtanla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət nəzərdə tutulur. İnsan sağdırsa, özü müraciət edir. Dünyasını dəyişibsə, onun hüquqi varisləri məhkəməyə müraciət edə bilər. Düzdür, mən o fikirlərlə tanış deyiləm. Ona görə də bilmirəm ki, bu fikirlər böhtana, ya təhqirə uyğundur, ya yox. Hər halda ikisindən biri, yaxud da hər iki məsələ ilə bağlı məhkəməyə müraciət etmək mümkündür”.

İslamazeri.com


Mübariz İbrahimovu təhqir edən psixoloqu hansı cəza gözləyir? - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman qatili öz əməlinin SƏBƏBİ haqda: 2 il öncə...
    Yeni Zelandiyada məscidlərə hücum etmiş terrorçu öz cinayəti haqda danışıb.
     18.03.2019
    Türkiyənin Varlıq Fondunu satmaq istəməsinə REAKSİYALAR
    Səadət Partiyasının sədri Təməl Karamollaoğlu məsələyə dair olaraq sosial media hesabı vasitəsilə paylaşım edib.
     18.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ