1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:09.12.2019 18:31:36

Mossada yaxınlığı ilə bilinən Debka Portalında yayımlanan bir analizdə Ayətullah Sistani Sionist rejimin varlığı üçün ən böyük təhlükə kimi göstərilib

 İslamazeri.com "rasthaber"ə istinadən xəbər verir ki, Ayətullah Sistaninin İraqda əminamanlığın yenidən təmin olunması və insanların normal həyatlarına dönmələri üçün məmurların, fəhlələrin, müəllimlərin və tələbələrin iş və təhsil müəssisələrinə qayıtmalarını tövsiyə etməsi Sionistləri çox narahat edib.

Mossada yaxınlığı ilə bilinən Debka Portalında yayımlanan bir analizdə Ayətullah Sistani Sionist rejimin varlığı üçün ən böyük təhlükə kimi göstərilib.

Debkanın analizində bu cümlələrə yer verilib:

“Tel Əvivi 21-ci Əsrdə təhdid edən böyük təhlükə gizli və kölgədə qalan təhlükədir. Bu təhlükə böyük İsrail Dövləti Layihəsini təhdid edir. Bizim üçün bu gün həqiqi təhlükə İran deyildir. Çünki İran bizim üçün açıq-aşkar bir düşməndir. Bizim üçün böyük və gizli təhlükə, İraqdan və şiə müsəlmanlar arasında müqəddəs qəbul olunan Nəcəf şəhərindən gəlməkdədir.

Bu gün bizim üçün təhlükə Haşdi Şabiyi quran və İŞİD-ə qarşı cihad fətvası verən Ayətullah Əli Sistanidir. Sistani, İsrailin stratejik hədəflərinin həyata keçirilməsinin önündəki böyük problemdir. Sistani bu gün xüsusi rola malikdir. O, İsrail üçün yumşaq bir şəkildə hərəkət kölgədə qalmış bir düşməndir.

Sistani bizim nəzərimizə görə, bir neçə gün içində dünyanın hər nöqtəsində 4 milyon müsəlmanı hərəkətə keçirə biləcək gücə malik böyük bir təhlükədir. Həmçinin, onun İraq Dövlətindən daha böyük təhsil, xidmət və maliyyə qurumları təsis etdiyini, hətta bir çox sahədə dövlət qurumlarına yardım edəcək gücə sahib olduğunu da unutmamaq lazımdır.”


Mossada bağlı sayt: Ayətullah Sistani bizim gizli və ən təhlükəli düşmənimizdir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ